Yuxarı

Paşinyan repressiyalara başladı: dünya isə "görmür"...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Paşinyan repressiyalara başladı: dünya isə "görmür"...

Ermənistanda siyasi böhran getdikcə daha da dərinləşir. Son sutka ərzində Ermənistanda 100-dən artıq adam həbs edilib. Məsələyə isə beynəlxalq qurumlar hələ də səssiz qalmaqdadır. Bu da bir daha insan haqları və demokratik dəyərləri qoruyan qurumların ikili standartlarından xəbər verir.

Bu sözləri Axar.az-a açıqlamasında ermənişünas alim İsmayıl Tanrıverdi Ermənistanda son sutka ərzində Baş nazir Nikol Paşinyan əleyhinə aksiya keçirən 100-dən artıq etirazçının həbs edilməsi haqda danışarkən deyib.

İ.Tanrıverdi vurğulayıb ki, Ermənistanda siyasi vəziyyət olduqca pisdir:

“Ermənistan Milli Məclisi Çiçəklənən Ermənistan Partiyasının sədri, parlamentdə ikinci ən böyük fraksiyanın rəhbəri olan Qagik Çarukyanın deputat toxunulmazlığını ləğv etdi və onun həbsinə yaşıl işıq yandırdı. Bu qərara etiraz edən şəxslərə qarşı isə zor tətbiq edildi, xəsarət alanlar oldu və 100-dən artıq adam saxlanıldı. Bunun səbəbi aydındır - Çarukyan son vaxtlar hakimiyyətə qarşı kəskin tənqidlərlə çıxış edirdi və Paşinyan siyasi rəqibini sıradan çıxarmaq üçün repressiyalara başlayıb. Faktiki olaraq Ermənistanda siyasi azadlıqlar boğulur, ən ciddi siyasi rəqiblər müxtəlif bəhanələrlə həbs edilir".

İ.Tanrıverdinin sözlərinə görə, Nikol Paşinyanın hakimiyyətə gəlməsindən sonra Ermənistanda heç bir dəyişiklik olmadı:

"Əksinə, vəziyyət daha da mürəkkəbləşdi. Etirazlar, iğtişaşlar və kütləvi həbslər davam etdi. Paşinyanın hakimiyyətinə diqqət etsək, görə bilərik ki, Köçəryan və Sərkisyandan qətiyyən fərqlənmir.

Ermənistanda baş verən siyasi prosesi biz də yaxından izləyirik. Təəssüf ki, son siyasi repressiyalarla bağlı beynəlxalq qurumların səssiz qalmasını da müşahidə edirik".

Tarix
2020.06.18 / 08:45
Müəllif
Turan Rzayev
Digər xəbərlər

Azovda həlak olan azərbaycanlıların son sayı açıqlandı

Orxan Həsənov bu mərkəzin direktoru təyin edildi

XİN-dən vurulan gəmidəki vətəndaşlarımız barədə açıqlama

CNN-in Azərbaycanla bağlı böhtan məlumat yayması...

Almaniya Azərbaycanla yeni layihə hazırlayır

Klintondan Heydər Əliyevə gözlənilməz zəng - Video

Azərbaycan XİN İsveçi təbrik etdi - Foto

İlham Əliyev İsveç Kralını təbrik etdi

Azovda həlak olan azərbaycanlıların yaxınları danışdı - Video

Naxçıvanda 2800 illik sirr üzə çıxdı - Alim açıqladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla