Yuxarı

Krım Rusiyaya könüllü birləşib? – Murzayeva

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Krım Rusiyaya könüllü birləşib? – Murzayeva

Krımda yarımadanın Rusiyaya birləşdirilməsi üçün keçirilən referendumda Krasnodar vilayətindən gətirilən, Krımda yaşamayan və qeydiyyatda olmayan qeyri-tatarlar iştirak edib. Seçkidə səs verən şəxslərin şəxsiyyət vəsiqəsinə belə baxılmırdı. Bu seçki Krımın əsl vətəndaşları olan tatarların icazəsi olmadan keçirilib.

Bu sözləri Axar.az-a açıqlamasında Krım tatarlarının Azərbaycandakı diaspor rəhbəri Elvina Murzayeva Rusiya Prezidenti Vladimir Putinin “Rusiya. Kreml Putin” filmi üçün verdiyi müsahibəsində Krımın seçki yolu ilə Rusiyaya birləşməsi haqda sözlərini şərh edərkən deyib.

O bildirib ki, SSRİ dağılarkən Rusiya Ukraynanın ərazi bütövlüyünü və suverenliyini tanıyan müqavilə imzalayıb:

“SSRİ-nin bir subyekt olaraq dağılmasının ardınca, 1991-ci ildə Minsk formatında danışıqlar prosesi başlandı. Bu formatın əsas mahiyyəti ondan ibarət idi ki, ittifaq ölkələri bir-birlərinin ərazi bütövlüyü və milli suverenliyinə hörmət edəcək, o cümlədən Rusiya Ukraynanın ərazi bütövlüyünü tanıyıb, suverenliyini təhdid edəcək əmələ əl atmayacaq. Rusiya bu müqavilə ilə məhz Krımın da Ukrayna torpağı olduğunu açıqca bildirib. Lakin mövcud vəziyyət bir daha Rusiyanın kobudca Ukraynanın ərazi bütövlüyünü pozduğunu göstərir. Düzdür, cənab Putin hazırda bu müqaviləni özünün imzalamadığı, Yeltsenin dönəmində imzaladığını əsas gətirir, lakin Yeltsen Rusiya Prezidenti idi və müqavilə Rusiya Federasiyası adından imzalanıb”.

Elvina Murzayeva bildirib ki, Krımda keçirilən referendum təktərəfli və qeyri-demokratikdir:

“Birincisi, referendumda yerli Krım tatarlarının istəyi, maraqları nəzərə alınmayıb. Referendumda Krım tatarları deyil, yerli slavyan mənşəli insanlar iştirak edib ki, bu insanların da sayı o qədər çox deyildi. Seçki prosesində iştirak edən yerli slavyanların sayının az olması səbəbindən 2016-cı ildə Krım tatarları Rusiyaya birləşməklə bağlı qərarı tanımayaraq, boykot etmişdilər”.

Tarix
2020.06.23 / 08:30
Müəllif
Turan Rzayev
Digər xəbərlər

İlham Əliyev Endi Börnhemlə görüşdü

Azərbaycanda bu institutun adı dəyişdirildi - Video

Əliyev Nauseda ilə regional sülhü müzakirə etdi

Leyla Əliyeva mühüm müzakirələrdə iştirak etdi

İlham Əliyev Antonio Koşta ilə görüşdü

İlham Əliyev rumıniyalı həmkarı ilə görüşdü

Avropa Birliyinin sammitinin Bakıda keçirilməsi... - Davkova

General qızı azadlıqda... - Video

Bakı və London münasibətləri strateji səviyyəyə yüksəldi

İlham Əliyev Corciya Meloni ilə söhbətləşdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla