Yuxarı

Meksika da Tovuzla bağlı bəyanat yaydı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Meksika Konqresinin Deputatlar Palatasında fəaliyyət göstərən Meksika-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri, deputat Aqustin Qarsiya Rubionun adından yayılmış bəyanatda Ermənistan silahlı qüvvələrinin iyulun 12-dən başlayaraq Azərbaycan ordusunun Tovuz rayonu istiqamətindəki mövqelərinə etdiyi hücumlar kəskin şəkildə pislənir.

Azərbaycanın Meksikadakı səfirliyindən Axar.az-a bildirilib ki, bəyanatda 1994-cü ildən bəri davam edən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində erməni silahlı qüvvələrinin Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və yeddi ətraf rayonu işğal etdiyi bildirilir.

Yazıda Ermənistan və Azərbaycana bu kimi hərbi eskalasiyalardan daşınmağa və ATƏT-in Minsk Qrupunun vasitəçiliyi ilə aparılan substantiv danışıqlara təkan verməyə çağırış edilir.

Ardınca Meksikanın münaqişənin beynəlxalq hüquq çərçivəsində, eləcə də münaqişə zonasında atəşkəsə riayət edilməsi və Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörmət edilməsini tələb edən BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinin tətbiqi ilə həllinə tərəfdar olduğu vurğulanır.

Sonda Azərbaycan xalqı və hökumətinə həlak olan hərbçilərə görə başsağlığı verilir və yaralıların tezliklə sağalması arzu edilir.

Tarix
2020.07.18 / 09:38
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

COP29 bizə imkan verəcək ki... - Prezident

Qafqazda Rusiyanın yalnız bir tərəfdaşı var - Fenenko

Bu, gördüyümüz işlərin tanınmasıdır - Prezident

Sülhməramlılar Qarabağda buna müvəffəq oldular - Rus general

Azərbaycan XİN-dən Avropa Parlamentinə cavab

Əliyevin Türkiyə və Ermənistanla bağlı bu istəyi... - Başbuğ

Azərbaycan-Rusiya əlaqələri sürətlə inkişaf etdirilir - Deputat

İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi

Bakının razılıq verdiyi Astana təklifinə İrəvandan reaksiya

Türkiyə-Rusiya Monitorinq Mərkəzi bağlandı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla