Yuxarı

Tiflisdən Ermənistana hərbi yardımla bağlı - Bəyanat

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Tiflisdən Ermənistana hərbi yardımla bağlı - Bəyanat

Gürcüstan Xarici İşlər Nazirliyi (XİN) Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı istifadə etdiyi minomyot və digər silahların Gürcüstan ərazisindən daşınması barədə məlumatlarla bağlı bəyanat yayıb.

Axar.az xəbər verir ki, Tiflis yayılan məlumatların doğru olmadığını bildirib:

“Ermənistana minomyotların Gürcüstan vasitəsilə çatdırılması barədə Azərbaycan mətbuatının yaydığı məlumatlar həqiqətə uyğun deyil. Azərbaycanın bir mətbu orqanında həqiqətə uyğun olmayan məlumat yayılıb və qeyri-dəqiqliyə yol verilib. Təəssüf ki, ciddi onlayn nəşr faktları qərəzli şəkildə təsvir edir, ictimaiyyəti çaşdırır və Gürcüstanın Azərbaycanla strateji tərəfdaşlığına və dostluğuna kölgə salmağa çalışır”.

Bildirilir ki, Gürcüstan və Azərbaycanı strateji tərəfdaşlıq və çoxəsrlik dostluq birləşdirir. Bu münasibətlər daha da inkişaf etdirilir və dərinləşdirilir. Hər iki ölkə regionda mühüm rol oynayır, əhəmiyyətli regional və beynəlxalq layihələri birgə həyata keçirirlər.

“Mətbu orqanın məqaləsi qərəzlidir və iki strateji tərəfdaş ölkə arasındakı münasibətlərdə süni şəkildə problem yaratmağa yönəlib” - bəyanatda qeyd olunub.

Tarix
2020.07.20 / 21:58
Müəllif
Axar.az
Digər xəbərlər

Paşinyandan etiraf: İlham Əliyevlə şəxsi söhbətlər zamanı…

Ərdoğan sabah Şuşaya gəlir

Azərbaycanla bağlı qürur hissi keçirirəm - Süleymenov

Prezident Qarabağ müharibəsindən görüntülər paylaşdı

Prezidentdən Qarabağa səfərlə bağlı - Video

Bu, türk dünyasının başını ucaltdı - Video

Şərifdən İlham Əliyevə: Sizi səbirsizliklə gözləyirik!

XİN-dən 8 Noyabrla bağlı - Bəyanat

Maohi Nuidə təbii sərvətlər üzərində suverenlik elan olundu

Bu, Bakı-İrəvan əlaqələrinin inkişafı üçün... - ABŞ diplomatı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla