Yuxarı

MM-də uşaqpulu gündəmə gətirildi: Bəzi başçılar...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
MM-də uşaqpulu gündəmə gətirildi: Bəzi başçılar...

Milli Məclisin bugünkü iclasında deputatlar Tahir Kərimli və Sabir Rüstəmxanlı ”Sosial təminat və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) 2020-ci il büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı uşaq pulu məsələsini gündəmə gətirib.

Axar.az xəbər verir ki, Tahir Kərimli ünvanlı sosial müavinətin dayandırılmasını, onun əvəzində uşaqpulunun verilməsini təklif edib:

“Bu gün ünvanlı sosial yardımı 70 faiz imkanlı ailələr alır, bu da insanlarda qıcıq yaradır. Ən kasıb ölkələrdə belə hazırda uşaqpulu verilir. Amma bizdə verilmir. Mən baxıram, nazir deyib ki, bunun üçün 2.5 milyard manat vəsait lazımdır. Amma uşaqpulu strateji məsələdir və verilməsi vacibdir. Deyirik ki, Neft Fondunda olan vəsait gələcək nəsillər üçündür. Bəs, uşaqlar bizim gələcəyimiz deyilmi? Bəlkə də uşaqpulunu zamanında bərpa etsəydik, bu gün 190 manata bir çox ailələrin ehtiyacı olmayacaqdı. Ən azından birtəhər dolanacaqdılar. Bu gün uşaqpulu vermiriksə, sabah onları necə müharibəyə aparacağıq?”

Sabir Rüstəmxanlı isə rayonlarda icra başçılarının insanların sosial müdafiəsi üçün ayrılan vəsaitləri mənimsədiyini bildirib:

“Bununla bağlı bir çox video-faktlar gördük. Bunu təkzib etmək olmaz. Bunun qarşısını almaq üçün ən yaxşı çıxış yolu uşaqpulunun verilməsidir. Təklif edirəm ki, bu məsələyə baxılsın”.

MM-in Əmək və sosial siyasət komitəsinin sədri Musa Qasımlı isə bildirib ki, bu məsələdə ünvanlılığa üstünlük verilməlidir:

“Təklif edirəm ki, bununla bağlı işçi qrup yaradılsın və bu məsələni araşdırsın. Hesab edirəm ki, əgər bu olacaqsa, ünvanlı olmalıdır, ehtiyacı olan ailələrə verilməlidir”.

Tarix
2020.08.06 / 13:03
Müəllif
Axar.az
Digər xəbərlər

Asif Məmmədovun Rusiya vətəndaşlığı ləğv edildi

Prezident estoniyalı həmkarını təbrik etdi

Müşfiq Abbasovun həbsinə bu sözlər səbəb oldu

Milli Məclisin növbəti plenar iclası başladı

Azərbaycan XİN Estoniyanı təbrik etdi

Bu türk ölkəsi Xəzər üçün 2,5 milyon dollar ayırdı

Yaxın Şərqdə meqaplan: yeni blokun hədəfi İrandır?

İrəvan Bakıdan neft məhsulları alır, buna görə də... - Oqtay

Fuad Oqtay Azərbaycana gəldi

Müşfiq Abbasov bu sözlərinə görə həbs olunub? - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla