Yuxarı

Afina yanıldı: Beyrutu “Ərdoğan” sədaları bürüdü

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mövcud şərtlər daxilində lokal müharibə nə Yunanıstana, nə Misirə, nə də Türkiyəyə sərf edir.

Bu sözləri Axar.az-a siyasi ekspert Vüqar Zifəroğlu Yunanıstanla Misir arasında razılaşma əldə olunduqdan sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Afina ilə danışıqların dayandırılması haqda göstəriş verməsini şərh edərkən deyib.

O bildirib ki, Türkiyə ilə Liviya arasında əldə edilən razılaşma başda Yunanıstan olmaqla, regionda marağı olan bir çox dövlətlərin narazılığına səbəb oldu:

“Razılaşmaya görə, Liviya Türkiyəyə öz beynəlxalq sularının bir qismini verməyi nəzərdə tuturdu. Bu isə Yunanıstan və Cənubi Kipr başda olmaqla, Yaxın Şərq ölkələrinin birbaşa dəniz əlaqələrinin kəsilməsi demək idi. Rəsmi Afina bununla barışmadı və nəhayət, Misirlə razılaşma imzaladı. Mahiyyət etibarilə bu razılaşma Türkiyəni Şərqi Aralıq dənizi məsələsində yenidən kənarda qoymaq və Antalya körfəzinə məhkum etməkdir. Türkiyə bunu heç vaxt qəbul etməz. Rəsmi Ankara məhz bu səbəbdən Yunanıstanla danışıqlara son verdi”.

Ekspertin sözlərinə görə, Yunanıstan Livanın paytaxtı Beyrutda baş verən dəhşətli partlayışdan öz maraqları çərçivəsində faydalanmağa çalışır:

“Beyrut partlayışı, şübhəsiz, Türkiyənin də diqqətindədir. Yaxın Şərqdə maraqları olan Türkiyə bu ölkəyə laqeyd qala bilməz. Bunu rəsmi Afina da yaxşı bilir. Xüsusilə Beyrutda yerli əhalinin etirazlar zamanı Ərdoğanın adını çəkməsi, bu yöndə fikirlər səsləndirməsi Türkiyənin Livana diqqət edəcəyini göstərir. Yunanıstan yaxşı anlayır ki, Türkiyənin diqqətini Livana çevirməsi Fransa ilə gərginlik yarada və bu ərəfədə Şərqi Aralıq dənizində öz maraqlarını qoruya bilər.

Görünür, rəsmi Afina bu məsələdə yanıldı, çünki Türkiyə üçün Şərqi Aralıq dənizi qırmızı xəttdir. Təsadüfi deyil ki, Türkiyə Aralıq dənizinin Fəthiyə sahillərində təlim keçirməklə bağlı qərar qəbul edib. Bundan başqa, “Oruc Rəis” tədqiqat gəmisi Aralıq dənizində fəaliyyətə başlayacaq. Bu, faktiki olaraq Türkiyənin Yunanıstana meydan oxumasıdır.

Türkiyə məsələnin dialoq yolu ilə həllinin tərəfdarıdır. Şərqi Aralıq dənizi ilə bağlı razılaşmanı pozan və inamı sarsıdan isə Yunanıstandır”.

Tarix
2020.08.10 / 16:22
Müəllif
Turan Rzayev
Şərhlər
Digər xəbərlər

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Əskipara qəribə durum: evinin yarısı Azərbaycana düşür - Video

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla