Yuxarı

“Vatikanın bu cür reaksiya verəcəyi bəlli idi”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Vatikanın bu cür reaksiya verəcəyi bəlli idi”

"Əslində Papanın Türkiyəyə son səfərindən sonra, Vatikanın bu cür reaksiya verəcəyi bəlli idi"

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Vüqar Zifəroğlu qondarma erməni soyqrımı məsələsinin son zamanlar tez-tez gündəmə gəlməsi ilə bağlı danışıb.

O bildirib ki, olmayan bir soyqrımı faktorunu cəmiyyətə qəbul etdirmək mümkün olmayacaq.

"Burada söhbət sadəcə olaraq qondarma erməni soyqırımı fikrini siyasi təzyiq aləti kimi istifadə etməkdən gedir. Əlbəttə Qərb, bu olmayan hadisəni Türkiyəyə qəbul etdirmək istəyir, lakin bu zaman hər şey daha çox Türkiyənin sərgiləyəcəyi siyasi iradə və qətiyyətdən asılıdır. Türkiyənin buna qarşı gəlmək üçün kifayət qədər ciddi iradəsi və qətiyyəti var".

Politoloq bu məsələnin son zamanlar tez-tez gündəmə gəlməsini belə açıqlayıb:

"Bunun səbəbləri çoxdur. İlk növbədə bu, qarşıdan gələn 100 illiklə əlaqədardır. Başqa bir səbəb isə Yaxın Şərqdəki son proseslərdə Türkiyənin oynadığı rol və sərgilədiyi mövqe ilə bağlıdır. Əslində, Papanın son Türkiyə səfərindən sonra, Vatikanın bu cür reaksiya verəcəyi bəlli idi".

Tarix
2015.04.17 / 08:20
Müəllif
Nigar Məmmədova
Digər xəbərlər

Ukraynanın keçmiş prezidenti Bakıya gəldi - Foto

İsmayılı şahlığa kimlər hazırlayıb: “Qırxlar Piri”…

Şimali Koreya hərbçiləri cənub sərhədini keçdilər – Gərginlik

Urmiya gölü qırmızı rəngə boyandı

Konqres 907-ci düzəlişlə bağlı məlumatlandırıldı

Azərbaycan İndoneziyaya başsağlığı verdi

Emin Ağalarov "Sea Breeze"dəki hadisədən yazdı

Xankəndi ilə Rumıniyanın Baia Mare şəhəri qardaşlaşır

ABŞ Dövlət Departamentindən Azərbaycanla bağlı açıqlama

Azərbaycanda benzin və dizel bahalaşır?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla