Yuxarı

YAP İdarə Heyəti iclas keçirdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sentyabrın 24-də Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin videokonfrans formatında növbəti iclası keçirilib.

YAP-ın mətbuat xidmətindən Axar.az-a bildiriblər ki, iclasda partiyanın pandemiya ilə mübarizə çərçivəsində həyata keçirdiyi coxşaxəli tədbirlər barədə qısa məlumat verilib. Qeyd edilib ki, Azərbaycanda koronavirus pandemiyasının geniş yayılmaması və pandemiyanın vura biləcəyi zərərlərin qarşısını almaq üçün həyata keçirilən sistemli tədbirlər müsbət nəticəsini verib.

YAP da öz növbəsində Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın bilavasitə təşəbbüsü və birbaşa rəhbərliyi ilə epidemiyanın qarşısının alınması və fəsadlarının aradan qaldırılması istiqamətində həyata keçirilən tədbirlərdə yaxından və fəal iştirak edib, bu istiqamətdə bir sıra mühüm aksiyalar keçirib.

İclasda, həmçinin Yeni Azərbaycan Partiyasının Binəqədi, Şəmkir və Zəngilan rayon təşkilatlarının hesabat-seçki konfranslarından ötən dövr ərzində fəaliyyətlərinə dair hesabatlar dinlənilib.

İdarə Heyətinin iclasında hesabatı dinlənilən rayon təşkilatlarının fəaliyyəti qənaətbəxş hesab edilib, onların gələcək fəaliyyətinə dair tövsiyələr verilib.

İclasda daha sonra partiya həyatı ilə bağlı bir sıra məsələlər müzakirə edilib.

Tarix
2020.09.24 / 20:05
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla