Yuxarı

Elçin Sadıqovun fərdi vəkillik fəaliyyəti ləğv olundu

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Elçin Sadıqovun fərdi vəkillik fəaliyyəti ləğv olundu

Vəkillər Kollegiyasının (VK) üzvü Elçin Sadıqovun fərdi vəkil fəaliyyəti ləğv edilib.

Axar.az xəbər verir ki, bu barədə vəkil özü sosial şəbəkə hesabında məlumat yayıb.

O bildirib ki, 15 yanvar 2020-ci ildə barəsində yeni intizam icraatı başlayıb:

“Səbəb isə 15 iyul 2019-cu il tarixdə ölkədən deportasiyasının ləğv edilməsinə nail olduğum, 08 yanvar 2020-ci il tarixində ölkədə bir illik yaşamasına icazə verildikdən bir gün sonra mənim barəmdə Vəkillər Kollegiyasına Gürcüstan vətəndaşı Janaşia Leylanın şikayət etməsi idi.

Qarşı tərəfin nümayəndəsi Zümrüd Məmmədova, vəkili isə Elçin Qəmbərov idi. Səbail Rayon Məhkəməsinin 02 sentyabr 2020-ci il tarixli, iş 2(009)-1179/2020 saylı qətnaməsi ilə və Yasamal Rayon Prokurorluğunun 30 iyul 2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarı ilə mənim əməlimdə heç bir qanun pozuntusu aşkar edilməməsinə baxmayaraq, bu gün qanunsuz olaraq, hüququn aliliyi prinsipinə zidd olaraq mənə töhmət elan edildi və yenə də fərdi fəaliyyətim öz razılğım olmadan ləğv edilərək 14 saylı hüquq məsələhətxanasına köçürülməyim barədə qərar qəbul edildi.

VK Rəyasət Heyəti bildirdi ki, mən müqaviləni 17 may 2019-cu il tarixdə bağladığım halda orderin tarixini 14 may 2019-cu il yazmışam. Halbuki məndə olan kötükdən görünür ki, həmin order 17 may 2019-cu il tarixdə verilib. Tərəf etibarnaməni mənə 14 may 2019-cu il tarixdə verib.

Janaşianın işi uğurla bitdikdən sonra onun rəfiqəsi mənə mənim razılğım olmadan digər şəxslərlə birlikdə etibarnamə verib. Mən də onlarla müqavilə bağlamaqdan imtina etmişəm. Onların özü də bu barədə izahat veriblər ki, Elçin Sadıqov onlarla müqavilə bağlamaqdan imtina edib”.

E.Sadıqov qeyd edib ki, məhkəmənin qətnaməsi və cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qüvvədə olduğu halda Vəkillər Kollegiyası Rəyasət Heyəti qərəzli şəkildə onun fərdi vəkil fəaliyyətini ləğv edib.

O əlavə edib ki, Janaşia Leyla keçmiş deputat Elton Məmmədovun biznes şərikidir.

Qeyd edək ki, bu, E.Sadıqovun vəkil kimi fəaliyyətinin xitam verilməsi eyil. O, bürolardan birinin vəkili kimi fəaliyyət göstərə biləcək.

Tarix
2020.09.25 / 18:57
Müəllif
Axar.az
Digər xəbərlər

Bakı və London ilk konsulluq məsləhətləşmələri keçirdi

Yaxın zamanda Zəngəzur dəhlizi açılacaq - Səfir

Azərbaycan və ABŞ strateji tərəfdaşlığı nəzərdən keçirir - Hacıyev

Ermənistan MTX-nin hərbi hissəyə basqını... - Nə baş verir?

İlham Əliyev gərginlik keçirən generallara deyir ki...

Nazirin həyat yoldaşı Azərbaycanla danışıqlara qatılır

Muradovun rəhbərlik etdiyi zavodda maaş qalmaqalı...

Erməni həmkarlarla birgə əhalini buna hazırlayırıq - Hacıyev

Zəfər Gününün beşinci ildönümü ilə bağlı bəyanat

Zəngəzur dəhlizinin Azərbaycan hissəsi nə vaxt tamamlanır?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla