Axar.az
Yuxarı

Qulinin adamlarının gəncəli oğru ilə düşmənçiliyi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Lotu Quli ləqəbi ilə tanınan qanuni oğru Nadir Səlifovun avqustun 19-da öldürülməsindən sonra gözlənildiyi kimi, klana rəhbərlik onun qardaşına keçib. Namiq Səlifovun klana rəhbərlikdən sonra kriminal aləmdə öz sözünü deyəcəyi gözlənilən həmlə idi. Çünki illərdir ki, Namiq Bakinski kimi tanınan qanuni oğru Namiq Səlifov qardaşının öldürülməsindən sonra “boy göstərməli” idi.

Əvvala, ona görə ki, Qulinin yerdə qalmış qanı var və bu intiqamı almaq Namiq Səlifovun üzərindədir. İkincisi, Qulinin qəfil öldürülməsi onun biznes imperiyasını bölüşdürmək istəyənləri həvəsləndirib. Hətta onların sırasında Quliyə düşmən olanlar da var. Nəhayət, ölümündən əvvəl kriminal aləmdə çox sərt mövqe tutmuş Qulidən sonra klanın hansı mövqe sərgiləcəyi də maraq doğurur. Çünki kriminal aləmdəki dəngələri Qulidən də yaxşı mənimsəmiş Namiq Bakinskinin sərt xətt tərəfdarı olmadığı deyilirdi. Amma bu sırada əlbəttə ki, Qulinin düşmənləri yoxdur və klanın lideri də bu məsələdə barışıq olmayacağı mesajını artıq verib.

Axar.az Musavat.com-a istinadən xəbər verir ki, Quli və onun klanının əsas rəqiblərindən olan azərbaycanlı qanuni oğru Əli Heydərovun (Albert Rıjıy) titulundan məhrum edilməsi barədə bugünlərdə yayılmış “proqon” da məhz bu cür qiymətləndirilməlidir. Qeyd edək ki, Namiq Bakinski və rəhbərlik etdiyi qruplaşmaya daxil olan qanuni oğruların imzaladağı “proqon”da qeyd edilir ki, Albert Rıjıy özünü qanuni oğru kimi təqdim etsə də, əslində Federal Təhlükəsizlik Xidmətinin adamıdır.

Albert bu il iyunun 9-da Mari-Eldəki cəzaçəkmə müəssisəsindən heç kimin gözləmədiyi halda UDO (условно-досрочном освобождении - vaxtından əvvəl) ilə azadlığa buraxılıb. Albert 2017-ci ilin yanvarında 7 il müddətinə azadlıqdan məhrum edilib. 39 yaşlı azərbaycanlı kriminal avtoritetin məhkəməsi Sankt-Peterbuqda iki il davam edib. Ə.Heydərov qanunsuz olaraq dövlət sərhədini keçmədə, saxta sənəddən istifadədə və qarətlərdə günahkar bilinirdi.

Əli Müseyib oğlu Heydərov 1981-ci ilin fevral ayının 2-də Gəncədə anadan olub. "Albert Rıjıy" ləqəbi ilə məşhurlaşan Ə.Heydərov “qanuni oğru” adını 2012-ci ildə Sankt-Peterburqda menqrel kriminal avtoritetlər Merab Mzarelua və Kardava qardaşları tərəfindən alıb. Ded Xasan klanında yer alan Albert Rıjıy Rusiyanın Şimal-Qərb regionu üzrə “smotryayuşi” təyin edilib. Quli və Albert vaxtilə Ded Xasan klanı ilə yaxın əlaqələrə malik olublar.

2014-cü ildə isə Albert Rıjıya sui-qəsdlə bağlı Sankt-Peterburqda keçirilən məhkəmədə əsas sifarişçi kimi Lotu Qulinin adı hallanıb. Rəsmi ittihamda bildirilirdi ki, 2014-cü ilin mart ayının 18-də iki killer Qulinin qohumun sifarişi ilə guya Alberti öldürmək məqsədilə onun yaşadığı evin ətrafında pusqu qurub, amma bu sui-qəsd təsadüf nəticəsində baş tutmayıb. Sui-qəsdin sifarişçisi kimi Qulinin adının hallandırılması o zaman geniş müzakirəyə səbəb oldu. İddia edilir ki, sui-qəsd məsələsini Albert Rıjıy özü Rusiyadakı polisdəki adamlarının dəstəyi ilə quraşdırıb.

Məhkəmə də sui-qəsd cəhdinin kimlər tərəfindənsə təşkil olunduğuna və hazırlandığına dair ittihamın əsassız olduğu qənaətinə gəldi. Muzdlu qatillər hesab edilənlər isə bəraət aldı.

Quli həbsdən çıxdıqdan sonra “söhbətə” yenidən qayıtdı. 2018-ci ilin martında Quli Moskvada yerləşən “Medvedkovo” həbsxanasıında Əli Heydərova şəxsən zəng etdiyi barədə məlumat yayılmışdı. Bildirilirdi ki, Quli onun "qanuni oğru" adını əlindən aldığını bildirib. Quli Albert Rıjıya deyibmiş ki, o, həbsxanada "qanuni oğru" adı altında yatmayacaq.

Məlumata görə, bundan sonra postsovet məkanının nüfuzlu qanuni oğruları Andrey Miroyedov (Mirıç), Qiya Meoporiya (Qiya) və Saçino Qeqeçkori (Saçino) Quliylə telefon söhbətlərində Albertin "qanuni oğru" adının geri qaytarlmasını xahiş ediblər. Quli isə cavabında bildirib ki, onun verdiyi qərar əsaslıdır və geri dönüşü yoxdur. Ancaq Albert həbsxanada qanuni oğru kimi tanındı və bu məsələdə piterli qanuni oğruların ona dəstək verdiyi deyilirdi.

Qulinin qətlindən sonra Sankt-Peterburqdakı "Sofiya" topdansatış bazasına Albert Rıjiyın nəzarət edəcəyi barədə də xəbərlər vardı. Mümkündür ki, məhz bu xəbərlərin fonunda onun qanuni oğru olmadığı barədə “proqon” yayılıb.

Namiq Səlifov da 2014-cü ildə Alber Rıjiyı və ona yaxın adamlarla silahlı münaqişəyə girmişdi. Albert Ədirnəyə Rövşən Lənkəranskinin qanuni oğru adı verdiyi Zaurla (Lotu Bayramın oğlu) gedib. Ədirnədə Namiq və yanındakılar Albertdən izahat tələb ediblər. O, suallara cavab verə bilmədiyinə görə artıq "qanuni oğru" olmadığı elan edilib və döyülüb. Bu zaman Albertin mühafizəçilərindən biri silaha əl atıb və cavab olaraq oradakı şəxslərdən biri tərəfindən öldürülüb. Öldürülən şəxsin, yəni Albertin mühafizəçisinin Türkiyə Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsinin əməkdaşı olduğu müəyyənləşib. Qanuni oğrunun mühafizəsinin polis əməkdaşı çıxması yenidən Albertin adı üzərinə kölgə gətirib. Məlum "proqon"u yada salsaq, göründüyü kimi, “o kölgə” hələ də Albertin üzərindədir...

Tarix
2020.09.26 / 01:31
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Düşmənin kabusuna çevrilən minaatanımız - Video

Arasdan Prezidentə: Sürətlə irəliləməyinizi qürurla izləyirəm

Tailandda Gəncə və Bərdə terrorunun qurbanları anıldı

Ordumuz əməliyyat şəraitinə tam olaraq nəzarət edir - MN

Azad edilən ərazilərdə sosial proqramlar icra olunacaq - Nazir

Düşmənin kəşfiyyat-diversiya qrupu məhv edildi - Video

Azərbaycan Ordusunun şücaətindən qürur duyuruq - Dündar

Ermənistana qarşı maddi iddialar qaldırıla bilər

Çaxalyanın Cavaxetiya ermənilərindən xahişi...

Düşmənin Şuşada meşələri yandırması bəşəri cinayətdir

KULT
<>
Xəbər xətti
 
  
  
  
yatsan
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla