Yuxarı

Ermənilər Gürcüstan-Türkiyə magistralını bağlamağa cəhd etdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ermənilər Gürcüstan-Türkiyə magistralını bağlamağa cəhd etdi

Sentyabrın 29-da axşam saat 22:00 radələrində Cavaxetiyada ermənilər Gürcüstan-Türkiyə magistral yolunu bağlamağa cəhd göstəriblər.

Axar.az Trend-ə istinadən xəbər verir ki, aksiyada iştirak edən ermənilər Türkiyədən gələn yük maşınlarını Gürcüstana buraxmayacaqlarını bildiriblər. Ermənilər bu yolla Türkiyədən Azərbaycana silah daşındığını iddia ediblər. Hadisə yerinə polis əməkdaşları ilə yanaşı, Gürcüstan parlamentinin hazırkı deputatı Samvel Manukyan və sabiq deputat Samvel Petrosyan da gəliblər.

Söhbət zamanı ermənilər bir neçə tələb irəli sürüblər. Uzun sürən danışıqlardan sonra yol açılıb.

Siyasi ekspertlər hesab edirlər ki, aksiya Ermənistan hökuməti tərəfindən idarə olunur. Ermənilərin əsas məqsədi Gürcüstanı münaqişəyə cəlb etmək, münaqişənin miqyasını genişləndirməkdir. Halbuki onlar yaxşı bilirlər ki, Gürcüstan hökuməti ölkə ərazisindən hərbi yüklərin daşınmasını qadağan edib. Buna baxmayaraq, ermənilər öz məkrli siyasətlərini həyata keçirmək üçün ən iyrənc vasitələrə əl atırlar.

Tarix
2020.09.30 / 13:23
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentin Zəngəzur dəhlizi ilə bağlı bu ifadəsi... - Şərh

Ermənistana 20 vaqon buğda göndərildi

Azərbaycanlı mütəxəssislər iki dəfə Ermənistana səfər ediblər

Prezident Almaniyanın yeni səfirini qəbul etdi

Naxçıvan enerji üzrə regional mərkəzə çevrilir

Bakı və Kiyev daha da yaxınlaşır: Görünməmiş bir fəlakət...

Azərbaycanda kibertəhlükəsizliklə bağlı mərhələ başlayır

Bakıya uçan təyyarə təcili eniş etdi

Jalə Bədirova "Yeni Klinika"da yüksək vəzifəyə təyin olundu

Azərbaycanın xaricdəki qadın səfirləri - Onlar kimdir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla