Yuxarı

Əliyev qarşıya ciddi məqsəd qoyub - Konqres sədri

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Biz Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin bütün təşəbbüslərini dəstəkləyirik. Qarabağ veteranı olaraq hər an Ali Baş Komandanımızın əmri ilə Azərbaycanın bütün əhalisi kimi, ordu sıralarına qatılmağa hazırıq.

Axar.az xəbər verir ki, bu fikirləri Azərtac-a açıqlamasında Azərbaycanın Ukrayna Konqresinin sədri Yuri Osadçenko ifadə edib.

Bu gün hər kəsin Dağlıq Qarabağın işğaldan azad edilməsi üçün gücünü səfərbər etdiyini bildirən Yuri Osadçenko deyib:

“Azərbaycan Prezidenti qarşıya ciddi məqsəd qoyub. Ermənilər hər zaman olduğu kimi, bu ilin iyulunda və son həftələrdə də təxribatlar törədirdilər. Sentyabrın 27-də vəziyyət o həddə çatdı ki, Azərbaycan əks-hücumla Qarabağ problemini həll etmək məcburiyyətində qaldı”.

Azərbaycanlılar kimi, ukraynalıların da bu təşəbbüsü dəstəklədiklərini vurğulayan konqresin sədri bildirib: “Biz də bu məsələ ilə bağlı öz fikrimizi bildirməliydik. Ukraynalılar etnik qruplardan biri olaraq sayca digər qruplar qədər çox olmasa da, sözsüz ki, bu təşəbbüsü dəstəkləyir. Biz sevinirik ki, Türkiyə, Ukrayna və Pakistan prosesin lap əvvəlindən Azərbaycanı dəstəkləyir. Əminəm ki, bir çox ölkələr də Azərbaycanı dəstəkləyəcək”.

Tarix
2020.09.30 / 23:47
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla