Yuxarı

Bakı xəbərdarlıq etdi, ancaq tədbir görülmədi - Səfir

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın Bolqarıstandakı səfiri Nərgiz Qurbanovanın Bolqarıstan Milli Televiziyasının “Dünya və Biz” verilişində müsahibəsi yayımlanıb. Müsahibə sözügedən kanalın internet səhifəsində də paylaşılıb.

Axar.az xəbər verir ki, N.Qurbanova sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini kobud şəkildə pozaraq, təmas xətti boyunca Azərbaycan Respublikasının mövqelərini, kəndlərini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından atəşə tutaraq, Azərbaycana qarşı təcavüz törətdiyini bildirib.

Ermənistan tərəfinin Azərbaycana qarşı növbəti təcavüzü beynəlxalq hüququn fundamental norma və prinsiplərinin, Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının 1993-cü il tarixli 822, 853, 874 və 884 saylı qətnamələrinin kobud şəkildə pozulması olduğunu vurğulayan səfir Azərbaycanın münaqişənin həllində ən maraqlı tərəf olduğunu qeyd edib.

Səfir bir neçə gün ərzində Ermənistan qoşunlarının Azərbaycan kəndlərinin və mülki əhalinin də hədəfə alındığını, mülki əhali arasında ölən və yaralananların olduğuna diqqət çəkib.

Regionda vəziyyətin gərgin olaraq qaldığını qeyd edən diplomat Azərbaycanın Ermənistan tərəfinin təxribatının qarşısının alınması, özünün beynəlxalq tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyü və suverenliyinin qorunması, eləcə də mülki əhali və mülkiyyətin təhlükəsizliyinin təmin olunması istiqamətində zəruri addımlar atdığını bildirib.

Səfir qeyd edib ki, 2018-ci ildə Ermənistanda hakimiyyət dəyişikliyindən sonra ölkənin hərbi ritorikası artmış, danışıqlar prosesi ilə bağlı əsassız iddialar irəli sürülüb. Azərbaycan tərəfinin dəfələrlə beynəlxalq ictimaiyyəti Ermənistanın yeni müharibəyə hazırlaşması barədə xəbərdarlıq etməsinə baxmayaraq, Ermənistanı dayandırmaq üçün heç bir tədbir görülmədiyi vurğulanıb.

Tarix
2020.10.01 / 00:29
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla