Yuxarı

Aynur Camalqızı: "Düşmənçilikdir, amma..."

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda keçiriləcək ilk Avropa Oyunları ənənəvi və yeni medianın gündəmindədir. Azərbaycan vətəndaşlarının böyük əksəriyyəti bu oyunlara xüsusi maraq göstərir, onun keçirilməsini ölkəmiz üçün böyük uğur hesab edir. Lakin təəssüf ki, Avropa Oyunları ilə bağlı başqa vaxt özünü "avropapərəst" elan edən bəzi marginal şəxslər tərəfindən neqativ rəy yaradılmağa cəhd göstərilməsi də diqqətdən yayınmır. "Gündəlik Teleqraf" Media Qrupunun rəhbəri Aynur Camalqızı bu cür cəhdləri səmərəsiz sayıb.

Aynur Camalqızı bildirib ki, ilk Avropa Oyunlarına sayılı günlər qalır. Azərbaycan bu möhtəşəm beynəlxalq tədbirə ev sahibliyi etmək üçün bütün gücünü, imkanlarını səfərbər edib:

"Bizim üçün bu, yalnız idman yarışması deyil. Bu tədbir Azərbaycan dövlətinə özünü dünyaya bir daha təqdim etmək üçün gözəl fürsət yaradır. Dövlətimiz bu tədbirə ev sahibliyi etməklə mədəniyyətimizin, milli-mənəvi dəyər və sərvətlərimizin Qərbin, Avropanın multikultural dünyasının ayrılmaz bir parçası olduğunu nümayiş etdirmək imkanı qazanıb.

Bu baxımdan ilk Avropa Oyunlarının məhz Bakıda keçirilməsi çağdaş tariximizdə çox mühüm hadisədir. Təsəvvür edin ki, gözümüzün önündə möhtəşəm bir tarix yazılır: Azərbaycan Prezidenti İlham Əliyev Atəşgahdan Bakı-2015 ilk Avropa Oyunlarının məşəlini alovlandıraraq bu tədbirin əzəmətini, eyni zamanda, Azərbaycan dövlətinin əzəmətini göstərmiş oldu. Bir anlıq gözünüzün önünə gətirin, sanki Prezidentimizin əlində alovlanan o Məşəl Xankəndinin ən yüksək hissəsinə sancılacaq Üçrəngli Bayraq idi! Çox təsirli səhnəydi.

Mən əminəm, inanıram ki, Cənab İlham Əliyev Avropa Olimpiya Komitəsinin 2012-ci ildə ilk Avropa Oyunlarının Bakıda keçirilməsi qərarına dəstək verəndə məhz bu perspektivi hesablayıb! O, Azərbaycanı hər sahədə qalib görmək istəyir, idman yarışlarında da, müharibə meydanında da, siyasi tribunalarda da. Həm də bu qələbələrə hansı yolla, necə olursa-olsun yox, məhz ləyaqətlə, Azərbaycanın adına, amallarına uyğun formada imza atılmasını istəyir və həmişə buna nail olur. Bu baxımdan artıq günlərini saydığımız Avropa Oyunlarının Azərbaycan dövlətinə başucalığı gətirəcəyinə şübhə etmirik. Bu, bir imtahandır. Bu imtahandan həm dövlət, həm də toplum olaraq şərəflə, alın açıqlığıyla çıxmalıyıq.

Aydındır, Azərbaycanı sevməyən qüvvələr bu ərəfədə əleyhimizə ən alçaq hərəkətləri etməyə hazırdırlar və edirlər. Düşmənçilikdir, bunu anlayırıq. Amma içimizdəki qüvvələrin onlara dəstək verməsi anlaşılan deyil. Bu, xəyanətdir, hansı üzündən baxsaq, haqq verilməsi mümkünsüz olan əməllərdir. Artıq mediadan məlumdur, erməni havadarları öz çirkin planlarını həyata keçirməyə başlayıblar. Azərbaycanın radikal müxalifətinin, onlara yaxın QHT-lərin bu planın içində yer alması çox iyrənc görünür. Bu, namərdcə müxalifçilikdir. Bu plan Qarabağın Ermənistana təslim edilməsinə hesablanan plandır. Dünyaya göstərmək istəyirlər ki, Azərbaycanda insan hüquqları pozulur və ermənilər bu dövlətin tərkibində yaşaya bilməz, ona görə Qarabağın "müstəqilliyi" tanınmalıdır. Niyə bu şərəfsiz planda iştirak edirsiz? Qarabağı qrant adı ilə aldığınız 5-10 manata necə sata bilirsiniz? Vətəni satmaq, onun maraqlarını hesablamamaq nə vaxtdan müxalifətçilik sayılır? Biz bu xəyanətkarlara qarşıyıq və mediada onların iç üzünü, iyrənc simalarını açmaq üçün nə mümkündürsə, edəcəyik".

Tarix
2015.04.28 / 20:39
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiya hərbi gəmisini gələn həftə Bakıya göndərir - Səbəb

Quru sərhədlərin açılması barədə vacib açıqlama

Sahibə Qafarova Malayziya baş naziri ilə görüşdü

Bu yolun Azərbaycana verilməsi düzgün qərardır - Nikol

Əli Əsədov Bişkekdə mühüm görüşdə - Foto

Azərbaycan Zəngəzur vasitəsilə silah daşıyacaq? - Paşinyan

Trampın Albaniya ilə Ermənistanı səhv salması...

Əli Əsədov Bişkekdə Japarovla görüşdü

Zakir Həsənov Pekində səfərdədir - Foto

Prezident Marta Kosu qəbul etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla