Yuxarı

Ermənistan təcili Qarabağdan çıxmalıdır - SEPAH

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qarabağ Azərbaycan torpağıdır. Ermənistan Qarabağı işğal edib və işğal etdiyi torpaqlardan təcili çıxmalıdır.

Axar.az BakuPost-a istinadən xəbər verir ki, bunu İranın İnqilab Keşikçiləri Korpusunun (SEPAH) Siyasi vəkili general Cavani bildirib.

SEPAH generalı BMT Təhlükəsizlik Şurasının qətnamələrinin Dağlıq Qarabağ böhranının həlli üçün əsas ola biləcəyinə vurğulayaraq qeyd edib ki, bu qətnamələrdə Dağlıq Qarabağ bölgəsi Təhlükəsizlik Şurası tərəfindən Azərbaycan ərazisi kimi tanınır və mövcud vəziyyət Ermənistanın bu əraziləri işğal etdiyini göstərir:

“Hətta tarixi sənədlər də Dağlıq Qarabağ bölgəsinin Azərbaycan Respublikasına və Azərbaycanın müsəlman xalqına məxsus olduğunu göstərir. Şübhəsiz ki, bu bölgədəki mübahisələrin və qarşıdurmaların sonu bölgəni işğal altında saxlayan dövlətin çıxarılmasını tələb edir”.

General keçmişdə İranın Qarabağda göstərdiyi tarixi roluna da diqqət çəkib:

“Azərbaycan və Ermənistan İslam Respublikasının bu işdə fəaliyyətindən xəbərdardırlar”.

Tarix
2020.10.13 / 04:46
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla