Yuxarı

Abdulla Gül: “Bu, Bakı üçün qürurvericidir”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Abdulla Gül: “Bu, Bakı üçün qürurvericidir”

Bakıda keçirilən III Qlobal Forumda iştirak edən Türkiyənin sabiq prezidenti Abdulla Gül dünən paytaxtın mərkəzində gəzintiyə çıxıb.

Paytaxtın mərkəzi yerləri ilə tanış olan, sakinlərlə görüşən A.Gül Publika.az-a müsahibə verib.

O, Bakıda keçiriləcək I Avropa Oyunlarının əhəmiyyətindən danışaraq qeyd edib ki, dünya bu möhtəşəm tədbir vasitəsilə Azərbaycanı daha yaxından tanıyacaq:

"I Avropa Oyunlarının Bakıda keçirilməsi Azərbaycan üçün çox böyük nailiyyət, uğurdur. Bu oyunlar Bakını təkcə Avropaya deyil, bütün dünyaya tanıdacaq. Belə bir mötəbər tədbirin ilk dəfə Azərbaycanda keçirilməsi qürur duyulacaq bir şeydir. Eyni zamanda, buraya qoyulan sərmayə, tikilən idman kompleksləri də, əlbəttə ki, Bakı gənclərinə, Azərbaycan gənclərinə qalacaq".

Qeyd edək ki, Türkiyənin 11-ci prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Abdulla Gül Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə ötən gün Bakıda keçirilən III Qlobal Forumda iştirak etmək üçün Azərbaycana səfərə gəlib.

Tarix
2015.04.30 / 11:29
Müəllif
Axar.az
Digər xəbərlər

Ərdoğan COP31-də onun üzündən öpdü - Video

Ermənistana etiraz: Bu, bəşəri dəyərlərə hörmətsizlikdir

Leyla Əliyeva Antalyada Azərbaycan pavilyonunda - Foto

Qalstukundakı simvolla mesaj verdi: mənası bu imiş - Foto

Ərdoğan Paşinyanı "Sənə də qalmaz"la qarşıladı - Video

QMİ-dən İrəvandakı Göy məscidlə bağlı etiraz

Nazir Polşa səfirliyində: Başsağlığı verdi - Video

Əl-Əqsa və Göy Məscid: İranın siyasətinin əsl mahiyyəti

İlham Əliyev Türkiyə səfərindən video paylaşdı

İlham Əliyevin Türkiyəyə səfəri başa çatdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla