Yuxarı

ABŞ-ın Bakıya qarşı qara piarının – Səbəbi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Strateji ölkə olduğumuz üçün həm Qərb, həm də Rusiya əlində olan bütün imkanlardan istifadə edərək Azərbaycanı öz yanında saxlamağa çalışır".

Bunu Axar.az-a açıqlamasında analitik Vüqar Zifəroğlu deyib. O, ABŞ Dövlət katibi Con Kerrinin Konqresdəki ofisindən idarə olunan və birinci Avropa Oyunlarını qaralama xarakteri daşıyan anti-Azərbaycan kampaniyasının məqsədinə nail olmayacağını bildirib:

"Ümumiyyətlə, Azərbaycanın tanınmasına səbəb olan beynəlxalq tədbirlər zamanı ölkəmizə qarşı həmişə ermənipərəst qüvvələr tərəfindən qarayaxma kampaniyaların aparılmasının şahidi oluruq. Azərbaycana qarşı bu cür kampaniya "Avroviziya" mahnı müsabiqəsindən öncə də aparılmışdı. Avropa Oyunları ərəfəsində ölkəmizə qarşı belə bir kampaniyanın aparılması gözlənilən idi. İstər Yaxın Şərqdə baş verənlər, istərsə də Ukrayna münaqişəsi Azərbaycanın regiondakı nüfuzunu artırır. Hətta İran da son dövrlərdə TANAP layihəsinə qoşulmaq istədiyini bildirib. Nabukko layihəsinin isə yenidən dirilməsi gündəmdədir. Azərbaycan bu enerji layihələrində açar ölkədir. Azərbaycan olmadan bu layihələr gerçəkləşə bilməz. Belə gücə və açar ölkə statusuna sahib olduğumuz üçün həm Qərb, həm də Rusiya əlində olan bütün imkanlardan istifadə edərək Azərbaycanı öz yanında saxlamağa çalışır. Bizim siyasətimiz isə Qərbə inteqrasiya olmaqla yanaşı, bu geosiyasi proseslərdə öz müstəqilliyimizi qoruyub-saxlamaqdır. Lakin bu, birmənalı şəkildə bizi seçim etməyə məcbur edən tərəfləri razı salmır. Çünki Qərb Azərbaycana öz fikirlərini diktə etmək istəyir. Bu isə bizim maraqlarımıza cavab vermir. Belə olan halda ABŞ birinci Avropa Oyunları ərəfəsində Azərbaycana qara yaxmaqla öz istədiklərini əldə etməyə çalışır. Və təəssüf ki, bəzən də bu cür təşkilatlar (NED, Freedom House) vasitəsilə şantaj və böhtan yolunu seçirlər. Bu kampaniyanı aparanlar dövlətimizə qarşı olanlardır. Onlar həmişə belə kampaniyalardan istifadə ediblər və edəcəklər. Lakin bu qara piar kampaniyası heç bir şeyə nail olmayacaq və Avropa Oyunları uğur əldə edəcək. Çünki Azərbaycan öz işini görür. Onlar isə sadəcə baş ağrıtmaqla məşğuldurlar".

Qeyd edək ki, APA agentliyi "Con Kerrinin Konqresdəki ofisindən idarə olunan və birinci Avropa Oyunlarını qaralama xarakteri daşıyan anti-Azərbaycan kampaniyası" sərlövhəli araşdırma yayımlayıb.

Tarix
2015.04.30 / 16:25
Müəllif
İlham Sahiloğlu
Digər xəbərlər

Ali təhsil və əmək bazarı

Ukrayna müharibəsi bitən kimi Ermənistan çökəcək – Köçəryan

İsrailə qarşı cihad elan olundu

Ankara-Bakı-Tiflis yeni əməkdaşlıq mexanizmi yaradır

Sahibə Qafarova Knessetin sədri ilə görüşdü

İran azərbaycanlı icma sədrini niyə öldürmək istəyib?

Qarabağda mina partlayışı: XİN dünyaya çağırış etdi

Erməni ordusu döyüş hazırlığı vəziyyətinə gətirildi - Sərkisyan

Erməni əsilli şəxslərə dair Türkiyə adından feyk...

Türkiyə ilə bağlı dəhşətli plan: Adı və etnik tərkibi dəyişir…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla