Axar.az
Yuxarı

Türk Şurası Azərbaycanı təbrik etdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türk Şurasına sədrlik edən və qurucu üzv dövlətimiz olan Azərbaycan Respublikasının Müstəqillik Gününü təbrik edirik.

Axar.az xəbər verir ki, Türk Şurasının sədri Bağdad Amreyevin təbrik mətni qurumun rəsmi saytında dərc olunub.

“Bu vəsilə ilə qardaş Azərbaycan xalqına və hökumətinə ürəkdən təbriklərimizi çatdırmaqdan qürur duyuram.

Azərbaycan Respublikası Ali Şurası tərəfindən 1991-ci ilin oktyabrın 18-i qəbul edilən, 1918-1920-ci illəri arasında mövcud olan Azərbaycan Xalq Cümhuriyyətinin xələfi olaraq Azərbaycan Respublikasının müstəqilliyini bütün dünyaya elan edən Dövlətin Müstəqilliyinə dair konstitusion qanun, qardaş Azərbaycan xalqının taleyində böyük tarixi önəmə sahibdir.

Prezident İlham Əliyevin rəhbərliyi altında 29 illik müstəqillik dövründə Azərbaycanın bölgəmizdə sabitlik və sülh qüvvəsi halına gələrək siyasi, iqtisadi və sosial sahələrdə əldə etdiyi böyük irəliləyişlərə qürurla şahid oluruq.

Azərbaycan Respublikası Türk Şurası çərçivəsində əhəmiyyətli rol oynayır: Türk Şurasının təsis sənədi Naxçıvanda imzalanıb, təşkilatımızın quruluşunun 10-cu ildönümünə təsadüf edən Türk Şurasının 7-ci zirvəsinə Azərbaycan uğurla ev sahibliyi edib və COVID-19 pandemiyasına qarşı tədbirləri əhatə etmək üçün Türk Şurası Fövqəladə Zirvəsi yenə Azərbaycanın təşəbbüsü ilə həyata keçirilib.

Azərbaycan millətinin tarixinin bu önəmli dövründə qardaş Azərbaycan xalqının yanında olduğumuzu bir daha qeyd edir, Azərbaycan Respublikasının beynəlxalq olaraq tanınan ərazi bütövlüyünü yenidən bərpa etmək və bu ərazilər üzərindəki suverenliyini təmin etmək üçün beynəlxalq hüquqa müvafiq olaraq yürütdüyü legitim mübarizəsinə dəstəyimizi bildiririk.

Qardaş Azərbaycanın şanlı bayrağının azad edilmiş qədim torpaqlarında dalğalanacağına olan inancımı ifadə edərək bu əlamətdar gün vəsiləsi ilə bir daha səmimi-qəlbdən təbriklərimi çatdırır, Azərbaycan xalqına sülh, rifah və əmin-amanlıq dolu bir gələcək diləyirəm.

Müstəqillik Gününüz mübarək olsun!”, - qeyd olunub.

Tarix
2020.10.18 / 11:00
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Düşmənin məhv edilən döyüş texnikasının sayı açıqlandı

Düşmən geri oturdulub, qərargah rəisi məhv edilib

Qalın Obraynla ermənilərin geri çəkilməsini müzakirə etdi

Ermənistan MN Qubadlının azad olunmasını təsdiqlədi

Paşinyanın kapitulyasiya çıxışı: reallığı qəbul etmir, əksinə...

Düşmən kvadrokopteri məhv edildi

Ermənistanı çökdürən iki fakt - Ekspert

Qırğızıstandan Bakıya dəstək: İrəvan dərhal çıxmalıdır

Prezidentin müraciətindəki 5 sirli məqam – Şərh

Korona mutasiyaya uğrayır: Daha sürətli və daha ölümcül...

KULT
<>
Xəbər xətti
 
  
  
  
yatsan
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla