Axar.az
Yuxarı

Axar.Az Logo

Erməni ordusu darmadağın edildi: Paşinyanın sonuncu adı...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın 30 ildir Dağlıq Qarabağda yaratdığı işğal status-kvosu Azərbaycan Ordusu tərəfindən 30 gündə darmadağın edildi.

Ali Baş Komandanın dediyi kimi, təmas xətti yoxdur, status-kvo yoxdur.

Bundan sonra yalnız Qarabağın azadlığı var və Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi altında bu hədəfə doğru addım-addım irəliləyir.

30 ildir Azərbaycan torpaqlarını zəbt etmiş, təbii sərvətlərindən tutmuş daşına-divarına qədər hər şeyi çapıb-talayan işğalçının 30 qara günü: 27 sentyabr-27 oktyabr.

27 sentyabr: düşmənin 30 ildir qurduğu təmas xətti bütün cəbhəboyu dağıdıldı. Ordumuz şimal və cənub olmaqla iki cəbhədən, “Aypara taktikası" ilə əks-hücuma keçdi.

3 oktyabr: Madagiz azad olundu, Prezident tarixi adını qaytardı: Suqovuşan. Bunun iki strateji əhəmiyyəti var: birincisi, Tərtər, Goranboy, Yevlax və Bərdənin su təminatında yaranmış problem böyük miqdarda aradan qalxdı; ikincisi, düşmənin ən güclü müqavimət xətlərindən biri olan Ağdərənin Murov və Suqovuşan istiqamətindən atəş altında saxlanılmasına imkan verdi.

4 oktyabr: Cəbrayılın işğaldan azad olunması elan olundu və Prezident xalqa müraciətində həm də Paşinyanın adqoyma mərasimini açıq elan etdi: “it kimi qovulan”.

Cəbrayıl – şimalda Xocavəndin, şimal-şərqdə Füzulinin, cənub-qərbdə Zəngilanın azadlığının yolunu açdı.

9 oktyabr: Prezident xalqa müraciətində Hadrut qəsəbəsinin azad olunduğunu və Paşinyanın ikinci adını – dabanyalayan – açıqladı.

Hadrut qəsəbəsinin azad olunması münaqişənin həlli ilə bağlı illərdir masada olan “5+2=referendum” planını alt-üst etdi. Artıq müharibə işğal altındakı torpaqların son qarışı azad olunan qədər davam edəcək.

Prezident Hadrutu məhz XİN rəhbərlərinin Moskva görüşündən öncə açıqladı və bununla masada Ermənistanın da maraqlarının nəzərə alındığı planı ləğv etdi. Çünki Hadrut Dağlıq Qarabağın inzibati ərazisidir və bura daxil olmaq ətraf 7 rayonun həll olunması, danışıqlar olarsa, masada Qarabağ ərazisinin müzakirə mövzusu olacağı demək idi.

17 oktyabr: Füzuli azad olundu, bununla Xocavəndin dərinliklərinə doğru yol açıldı. Prezident Paşinyanın yeni adını da elan etdi: çaqqal.

20 oktyabr: Zəngilan azad olundu və 30 il sonra Azərbaycanın İranla dövlət sərhədi də təmizləndi. Prezident xalqa müraciətində Paşinyanın yeni adını elan etdi: düşük.

Zəngilanın azad olunması:

- İranla sərhəd nəzarətə götürülməklə Ermənistana gələ biləcək humanitar-hərbi yüklərin qarşısı alındı;

- Ermənistanın Gürcüstandan başqa əsas olan və ən çox istifadə etdiyi İran çıxışı zəiflədi;

- Ordumuzun Qubadlı istiqamətində yolunu açdı;

25 oktyabr: Prezident Qubadlının azad olunduğunu Tvitterdə elan etdi.

26 oktyabr: Prezident xalqa müraciətində Qubadlıda işğala son qoyulduğunu bildirdi və Paşinyanın növbəti adını açıqladı: təlxək.

Qubadlının da azad olunması ordumuzun Aypara taktikası üzrə halqanın tamamlanmasında ciddi irəliləyişdir.

Azərbaycan Ordusu Düşmənin işğal olunmuş torpaqlarımızda 30 illik möhkəmlənməsini 30 gündə darmadağın etdi: Cəbrayıl şəhəri və rayonun 64 kəndi, Füzuli şəhəri və rayonun 30 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd qəsəbələri və 38 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 20 kəndi, Tərtər rayonunun 2 kəndi, Qubadlı şəhəri və rayonun 11 kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində strateji yüksəkliklər azad olunub.

30 gündə düşmənin itkiləri:

Canlı qüvvə: Ermənistan rəsmi statistikada 1000-ə yaxın hərbçisini itirdiyini açıqlayıb. Lakin müstəqil mənbələr itkilərin 10 minə yaxın olduğu bildirilir.

Hərbi texnika: 252 tank məhv edilib, 53 tank ələ keçirilib. Toplam 305 tankdan Ermənistan məhrum edilib.

Piyadaların döyüş maşını – 50-si məhv edilib, 29-u ələ keçirilib: cəmi 79.

Müxtəlif çaplı toplar – 251-i məhv edilib, 24-ü ələ keçirilib: cəmi 275.

Minaatan – 61-i məhv edilib, 45-i ələ keçirilib: cəmi 106.

Tank əleyhinə vasitə : 53-ü məhv edilib

82 “Qrad” qurğusu məhv edilib

2 “Uraqan” Yaylım Atəşli Raket Sistemi, 1 “TOS” məhv edilib.

Zenit-raket kompleksləri - 4 “TOR”, 40-a yaxın “OSA”, 4 “KUB”, 1 “KRUQ”, 2 “S-125” qurğusu məhv edilib

6 “S-300” atıcı qurğusu məhv edilib.

Əməliyyat taktiki raket kompleksləri – Elbrus, ikisi məhv edilib, “Toçka-U” biri məhv edilib.

Yük avtomobilləri: 231 yük avtomobili məhv edilib. 173 yük avtomobili ələ keçirilib: cəmi 404 yük avtomobili.

30 gün ərzində Azərbaycan ordusu təkcə düşmənin 30 ildir yaratdığı mifi darmadağın etmədi, təkcə işğal olunmuş ərazilərimizin bir qismini azad etmədi, həm də yeni reallıq yaratdı.

Prezident İlham Əliyevin bəyan etdiyi kimi, bundan sonra hər kəs bu reallıqla hesablaşmalıdır.

Yeni reallıq işğalçı ölkədə də iqtisadi-siyasi kataklizm yaratdı: ölkədə qidadan tutmuş, dərman ləvazimatlarına qədər qıtlıq yaranıb, hakimiyyətə qarşı “istefa” şüarları səsləndirilir.

Bu, Ali Baş Komandanın, Azərbaycan Ordusunun yaratdığı yeni reallıqdır. 30 gündə yaradılan bu reallıq Azərbaycanın ərazi bütövlüyünün bərpa ediləcəyi deməkdir.

Və bu 30 gündə Paşinyana 5 ad verildi: “it kimi qovulan”, “dabanyalayan”, “çaqqal”, “düşük”, “təlxək”...

Şuşaya bayrağımızı sancanda hansı adın veriləcəyini səbirsizliklə gözləyirik...

Tarix
2020.10.27 / 19:01
Müəllif
Asif Nərimanlı
Şərhlər
Digər xəbərlər

Sürünə-sürünə getdim və gördüm ki, o, şəhid olub - Qazi

Ermənistan bu ərazidə sərhədi 8 km geri çəkdi

Ermənilər burdan hücum gözləyirdi, Bakı isə... - Korotçenko

Duqindən Əliyev və Qarabağla bağlı möhtəşəm şərh

İtkin və əsirlərin siyahısı Qırmızı Xaç Komitəsinə verildi

Qardaşım Əliyevin fransızlara verdiyi tövsiyə... - Ərdoğan

Ermənilərin qənimi: Düşməni dəhşətə salan XTQ - Video

Rusiya Ərdoğanın bəyanatına sərt cavab versəydi... – Duqin

Onların qarşısında baş əyirəm - Mehriban Əliyeva

Onlar Quranı götürərək ayaqyalın mehraba getdilər - Şeyx

KULT
<>
Xəbər xətti
 
  
  
  
yatsan
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla