Yuxarı

“Rusiyanın kabus imici formalaşdırılır” – Rəy

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Rusiyanın kabus imici formalaşdırılır” – Rəy

"Rusiya Avropanın mərkəzində nüvə müharibəsinə başlayacaq qədər ağlını itirməyib".

Axar.az xəbər verir ki, Rusiyanın Avropa Birliyi ilə münasibətləri qırdığı bir vaxtda Polşa ilə münasibətlərdə də gərginlik yaranmağa başlayıb. Polşa Prezidenti Bronislav Komorovskinin Rusiya ilə bağlı açıqlaması və Qərb mətbuatı tərəfindən geniş şəkildə şərh edilən "nüvə müharibəsi təhdidi" Avropa ilə Rusiyanın arasındakı gərginliyin daha da artacağına işarə edir.

Bu barədə politoloq Vüqar Zifəroğlu məsələyə şərh bildirərkən Rusiyanın Polşa ilə nüvə müharibəsinə getməyəcəyini bildirib. O, bu məsələnin bir balaca şişirdildiyini qeyd edib:

"Bəli, Rusiya xarici siyasətində hər zaman sərt mövqeyilə seçilən bir dövlət olub. Eyni zamanda heç bir zaman öz imperialist maraqlarından bir addım belə olsun geri çəkilməyib. Lakin bu o demək deyil ki, onlar Avropanın mərkəzində nüvə müharibəsinə başlayacaq qədər ağıllarını itiriblər. Rusiya heç bir zaman belə bir addım atmaz. İkincisi də Moskvaya hazırda postsovet məkanında özünü təsdiq etməsi lazımdır. Ukraynada baş verənlər, Avrasiya İttifaqı layihəsi, Gömrük Birliyi ideyası – bunların hamısı Rusiyanın bu məkanda öz varlığını qəbul etdirmək üçün atdığı addımlardır. Ukraynadakı proseslərin belə bir axarla cərəyan etdiyi bir vaxtda Rusiya Şərqi Avropanı hədəf götürməz, nüvə silahının tətbiqindən söhbət belə gedə bilməz".

Proseslərə digər bir aspektdən də yanaşan politoloq hadisələrin Rusiyanın adı ətrafında manipulyasiya edilməsini siyasi taktika kimi səciyyələndirib:

"Bunu əslində iki istiqamətdə şərh etmək mümkündür:

1. Rusiya özü qəsdən belə informasiyalar dövriyyəyə buraxaraq, ətrafında bir qorxu imici formalaşdırır. Məqsəd isə əsas hədəf olan postsovet məkanında özü ilə bağlı bir qorxu formalaşdırmaqdır;

2. Bu cür informasiyaları Qərb dövriyyəyə buraxır. Məqsəd Rusiyanı qorxulu kabus kimi göstərmək və zamanı gələndə Şərqi Avropadan Rusiyaya qarşı istifadə etmək üçün meydan formalaşdırmaqdır.

Hər halda, hadisələrin nə cür cərəyan edəcəyini zaman göstərəcək".

Tarix
2015.05.08 / 23:13
Müəllif
Nigar Məmmədova
Digər xəbərlər

Liviya lideri də Bakıya gəldi

Türkiyədə mənzil ehtiyacı ciddi problemə çevrilib - Bulut

Çexiya Qarabağın bərpasına dəstək verməyə hazırdır

Normadan artıq yağan yağışlar nəyin nəticəsidir?

Bolqarıstan prezidenti Bakıya gəldi

Paşinyan da bu türk ölkəsinin liderini təbrik etdi

WUF13-də BMT və Azərbaycan bayraqları qaldırıldı - Video

Bakı Forumundan gözləntim budur - Tonqva

2030-cu ilə qədər hər gün 96 min ev… - Qarnaqa

İlham Əliyev Oljas Süleymenovu təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla