Baykerlər işğal olunmuş torpaqlarımıza Arazın bu
tayından baxıblar.
"Baku HOG Azerbaijan" komandasının Heydər Əliyevin anadan
olmasının 92-ci illiyinə həsr olunan "Heydər Əliyev yolu ilə"
adlanan motoyürüşü başa çatıb. Baykerlərimiz artıq Bakıya
qayıdıblar. "Baku HOG Azerbaijan" komandasının rəhbəri Vahid
Mustafayev bu yürüşlə bağlı təəssüratlarını bölüşərkən yürüş
ərəfəsində təəssüf keçirdiyi məqamlara da toxunub, bu isə əbəs
deyil.
Naxçıvana İran üzərindən səfər edən bayker qrupu işğal altında
olan Cəbrayıl və Zəngilan rayonlarının görüntülərini çəkiblər.
ANS-in əməkdaşı dağılmış evlərin və orada yaşayışın demək olar ki,
olmadığını, hərbçilərin keşik çəkdiyini müşahidə edib.
"Heydər Əliyev yolu ilə" adlanan motoyürüş Naxçıvan ərazisində
başa çatdı. Artıq baykerlərimiz vətənə qayıdırlar, ilk istiqamət
İran sərhəddidir.
İran İslam Respublikasında baykerlər müəyyən ərazilərdə
dayanırdılar. Hər dəfə yerli sakinlər onlara yaxınlaşıb, rəğbət
nümayiş etdirirdi. Bu sırada cənubda yaşayan soydaşlarımızı
xüsusilə qeyd etmək lazımdır.
1979-cu ildən sonra ilk dəfə idi ki, İrana əfsanəvi
"Harley-Davidson" motosikletlərı daxil olurdu. Bu mənada
iranlıların heyrətlənməsi gözdən qaçmırdı. Həm baykerlərin özü ilə,
həm də onların motosikletləri ilə fotolar çəkdirirdilər.
İran yürüş zamanı ürəkağrıdan məqamlar da oldu. Arazın o tayında
erməni işğalı altında olan torpaqlarımız, dağıdılmış evlər,
xarabalığa çevrilmiş Cəbrayıl-Zəngilan gördük.
Azərbaycan torpaqlarında erməni toponimləri, ermənicə yazılmış
yanacaqdodurma məntəqəsi, Ermənistan əsgərlərinin müşahidə
qüllələri yer alır.
Ərazilər demək olar ki, boşdur. 1992-93-cü illər işğaldan sonra,
azərbaycanlıların öz torpaqlarından qovulmasından sonra bu
ərazilərdə yaşayış yox səviyyəsindədir.
Arasıra avtomobillərin hərəkət etdiyini görmək olar. Araz çayı
üzərində 11 və 15 aşırımlı Xudafərin körpüsü erməni vandalizminin
qurbanı olub. Yenə dağıdılmış şəhər - Cəbrayıl.
Baykerlər Araz boyu, Şərqi Azərbaycan vilayəti ilə, daha sonra
Ərdəbil vilayəti, Farsabad ərazilərindən keçərək Azərbaycan
sərhədinə çatdılar.
İran Azərbaycan sərhəddində də baykerlərimiz böyük maraqla
qarşılandı. Hazırda izdiham yaşanır, iranlılar baykerlərimizi
əhatəyə alıblar. Onların arasında yerli motosikletçilər də var.
İranlı baykerlər öz məharətlərini də nümayiş etdirirdilər.
Nəhayət baykerlərimiz gecə saatlarıda Azərbaycan sərhəddini
keçdilər. Bununla da "Heydər Əliyev yolu ilə" adlanan motoyürüş
Bakıda başa çatdı.