Yuxarı

Üzrü günahından betər Mətanət – Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən gün ATV-nin "Gündəlik" verilişinin aparıcısı Mətanət Əliverdiyevanın Binəqədi rayonundakı yaşayış binasında baş verən yanğın faciəsi barədə dediyi sözlərə görə üzr istəməsi ona qarşı olan ittihamları sakitləşdirmək əvəzinə daha da artırıb.

Axar.az xəbər verir ki, Mətanət Əliverdiyeva fikrini düzgün ifadə etmədiyini deyib üzr istəyərkən, bu sözlərdən istifadə edib:

"Bu faciəni yaşayan insanların hissiyatına toxunmuşamsa, onlarda doğurdan da qıcıq yaratmışamsa, elə sözümü yozan insanların adından hamıdan üzr istəyirəm".

Əvvəlcə üzr istəməkdə bir qəbahət olmağını deyən Mətanət Əliverdiyeva sonra öz adından deyil, onun sözünü yozanların adından üzr istəməklə məsələni yenə boynundan atıb. Üstəlik, veriliş davam edərkən ümumiyyətlə, üzr istəmək məsələsi təkzib olunub. Belə ki, tanınmış jurnalist Orxan Fikrətoğlu onun üzr istədiyini nəzərə çatdırarkən, müğənni Könül Xasıyeva üzr istəmədiyini, yalnız suçlu olanların üzr istəyə biləcəyini, Mətanətin isə suçu olmadığını deməsi və aparıcının da onun mövqeyini dəstəkləməsi "üzrxahlıq şousunun" mahiyyətini ortaya qoymuş olub.

Əgər "Gündəlik" verilişinin 20 may tarixli buraxılışında 15 nəfərin ölümünə səbəb olan faciə barədə "Biz o faciəni lap belə, faciə etməməliyik. Oldu, elə bil bir külək idi, bir şey idi, bir film idi baxdıq, getdi" sözlərini işlətməklə Mətanət Əliverdiyeva fikrini doğru-düzgün ifadə etməkdə çətinlik çəkmişdisə, başqa sözlə, qeyri-peşəkarlıq nümayiş etdirmişdisə, ötən gün işlədilən "sözümü yozanlar adından üzr istəyirəm" sözü artıq qeyri-peşəkarlıq yox, həm də qeyri-etikdir.

Təsadüfü deyil ki, ötən gündən Mətanət Əliverdiyevanın sosial şəbəkələrdə kəskin şəkildə tənqid olunması bu "üzrxahlıqdan" sonra daha da şiddətlənib.

Tarix
2015.05.22 / 11:07
Müəllif
Aqşin Evrən
Şərhlər
Digər xəbərlər

Beş prinsipin təşəbbüskarı Azərbaycandır - Əliyev

Blinken İlham Əliyevə zəng etdi

Ərdoğanın ABŞ-a səfəri bu əməliyyata görə ləğv edilib?

ABŞ və AB-nin regiona münasibətindən narahatıq - Dönməz

Ordumuz təhvil verilən kəndlərə daxil oldu? – Təcili

Ukraynanın bu şəhəri Laçınla qardaşlaşacaq

Ukrayna səfiri Azərbaycana təşəkkür etdi

Ermənistan Türkiyəyə təklif hazırlayır

Makron Qafqazda məğlub oldu: Berlin önə çıxır

Xalq başa düşür: problemlərin həlli Bakı ilə... - Danielyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla