Yuxarı

“Tayms” Ərdoğan üçün ən böyük təhlükəni nişan verdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Tayms” Ərdoğan üçün ən böyük təhlükəni nişan verdi

"Tayms" AKP ilə Gülən hərəkatı arasındakı davam edən gərginlikdə Baş nazir Ərdoğan üçün ən böyük təhdidin prezident Abdullah Gül olduğunu iddia edib.

"Axar.az" xəbər verir ki, "Tayms" qəzetinin xarici xəbərlər səhifəsində Türkiyədə davam edən korrupsiya və qanunsuzluq istintaqına böyük yer verib.

Qəzetin "Baş nazirə ən böyük təhdid onun sadiq müttəfiqidir" başlıqlı analiz belədir:

"Rəcəb Tayyib Ərdoğan siyasi karyerasını xilas etmək üçün çalışdığı vaxtda sadiq dostu Abdullah Gül onun potensial xələfi olaraq görünür.

İngiltərədə təhsil alan loyal prezident Gül dəstəkçiləri tərəfindən Baş nazirə daha sakit bir alternativ olaraq görünür.

10 ildən çoxdur davam edən müttəfiqlikləri müddətində Gül "yaxşı polis", Ərdoğan isə ölkəyə sərt şəkildə yenidən forma verən "pis polis" rolunu oynadı.

Prezidentin Baş nazirlə Kreml tərzində vəzifə dəyişdirməsi lazım gələ biləcəyi bildirilsə də, lakin dostluqları zədələnməyə başlayıb.

Yay aylarında İstanbulda baş verən etirazlara sərt reaksiyasına görə AKP daxildə və xaricdə qınandığı vaxtda Gül daha yumşaq reaksiya verdi. Politoloqlar hər nə qədər ikilini müttəfiq olaraq görməsə də, Gül, Gülənin dəstəkçisi olaraq təsvir edilir. Yenə də bütün gözlər prezidentin sərgiləyəcəyi mövqeyə dikilmiş vəziyyətdədir.

Əgər Gül Gülənin yanında olsa, deməli, Ərdoğanın işini bitmiş saymaq olar. Getdikcə insanları özündən soyudan Ərdoğan siyası karyerasının davam etməsi üçün köhnə dostlarını özünə yaxınlaşdırmaq məcburiyyətində olduğunun fərqindədir".

Tarix
2013.12.27 / 16:19
Müəllif
Vüsal Tağı
Digər xəbərlər

Ermənistan Azərbaycan bayrağı ilə təqdim edildi - Foto

Aleksey Kuleba Bakıya gəlir

Liderlər Türküstan Bəyannaməsini imzaladı

Azərbaycana qarşı vuruşan general Almaniyada öldü

Prezident Qazaxıstanda təməlqoyma mərasimində...

İlham Əliyev TDT-nin qeyri-rəsmi Zirvə görüşündə çıxış etdi - Foto

Bayramov Türküstanda TDT XİN başçılarının iclasında - Foto

Vüsal Aslanova sosial şəbəkədə nələr yazırlar...

Rixard Raşi Xankəndidə səfərdədir - Foto

Şahin Mustafayev Overçukla görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla