Yuxarı

Paşinyanın Şuşa haqda həqiqəti deməsi İrəvanı silkələyir

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Paşinyanın Şuşa haqda həqiqəti deməsi İrəvanı silkələyir

Ermənistan Baş naziri Nikol Paşinyanın Şuşa haqda səsləndirdiyi fikirlər Ermənistanda hələ də müzakirə olunur.

Axar.az xəbər verir ki, bu gün media Ermənistan parlamentinin spikeri Ararat Mirzoyana bu yöndən sual verib.

Əvvəlcə, onun “türk agenti” olması barədə sabiq prezident Serj Sərkisyanın kürəkəni Mikayıl Minasyanın səsləndirdiyi iddialara münasibət bildirməsini istəyiblər. “Bu barədə artıq danışmışam” deyə, Mirzoyan jurnalistlərin sualını əvvəlki təkzibi ilə cavablandırıb.

“Baş nazirin Şuşanın erməni şəhəri olması “faktını” (fərqləndirmə bizimdir – red.) ciddi şübhə altına qoyan açıqlamasından utanırsınızmı” sualına isə erməni spiker cavab verməyib.

Qeyd edək ki, Nikol Paşinyan parlamentdə deputatlara “Siz həmişə əhalisinin 90 faizindən çoxu azərbaycanlılar olan Şuşanı erməni şəhərimi sayırsınız” deyə ritorik sual ünvanlamaqla, əslində Şuşanın tarixi Azərbaycan şəhəri olduğunu etiraf etmişdi.

Tarix
2021.01.22 / 22:30
Müəllif
Axar.az
Digər xəbərlər

İşdən çıxarılan Elçin Babayevlə bağlı sensasion fakt

Vyetnama səfərimin nəticələrindən çox məmnunam - Video

TRİPP-lə bağlı mühüm addım: Paşinyan elan etdi

Birinci xanımların Hanoydakı İrs Evində görüşü oldu - Foto

Vətən müharibəsi dövründə Vyetnamın dəstəyi... - Prezident

Vyetnam bizim üçün dost ölkə və strateji tərəfdaşdır!

Vyetnam prezidentindən Azərbaycanla bağlı gözəl sözlər

Hanoyda Prezidentlə xanımının şərəfinə rəsmi nahar verildi

Almaniya XİN başçısından Azərbaycanla bağlı açıqlama

Pezeşkiandan həyəcan təbili: Hər kəs Təbrizə axışır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla