Yuxarı

“Şərq tərəfdaşlığı süquta uğramaq üzrədir”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Şərq tərəfdaşlığı süquta uğramaq üzrədir”

"Polşa və İsveçin Avropa Birliyinin qonşuluq siyasəti çərçivəsində postsovet ölkələri ilə münasibətlərinin yaxşılaşdırılmasına yönəldilmiş Şərq tərəfdaşlığı təşəbbüsü artıq süquta uğramaq üzrədir".

Bu barədə Axar.az-a analitik Vüqar Zifəroğlu açıqlama verib.

Analitik proqramın iflasa uğramasının arxasında təkcə Rusiya amilinin dayanmadığını söyləyib:

"Viza rejiminin sadələşdirilməsi, ticarət məhdudiyyətlərinin aradan qaldırılması və enerji əməkdaşlığını genişləndirməyi nəzərdə tutan bu proqram Avropa Birliyinin altı qonşu ölkəsini - Azərbaycan, Gürcüstan, Ermənistan, Moldova, Belarus və Ukraynanı əhatə edir. Lakin postsovet məkanında baş verən son proseslərin və Rusiyanın açıq şəkildə sərt xarici siyasət sərgiləməsi fonunda Qərbin əslində keçmiş sovet məkanına doğru irəliləməsi ciddi əngəllərlə qarşılaşıb. Əslində, Qərbin qarşıya qoyduğu hədəflərə çata bilməməsində başlıca səbəb yalnız Rusiyanın sərt siyasəti və ya perspektivi olmasa, belə hər halda mövcud durumda öz alternativi olaraq təqdim etdiyi Avrasiya İttifaqı və Gömrük Birliyi modelləri deyil, eyni zamanda, Qərbin özünün də həmin ölkələrə münasibətdə səmimi və konkret mövqe sərgiləməməsidir. Bu, açıq-aydın görünməkdədir. Bunu hətta Avropa Birliyinin proqrama daxil olan ölkələrə münasibətində də görmək olar. Bu gün faktiki olaraq Rusiya işğalı ilə üz-üzə qalan Ukrayna bunun ən bariz nümunəsidir. Belə münasibət isə nə qədər uğurlu və əsaslandırılmış olmasından asılı olmayaraq, istənilən proqramın perspektivini və davamlılığını şübhə altına almış olur".

Tarix
2015.05.26 / 09:28
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

Liviya lideri də Bakıya gəldi

Türkiyədə mənzil ehtiyacı ciddi problemə çevrilib - Bulut

Çexiya Qarabağın bərpasına dəstək verməyə hazırdır

Normadan artıq yağan yağışlar nəyin nəticəsidir?

Bolqarıstan prezidenti Bakıya gəldi

Paşinyan da bu türk ölkəsinin liderini təbrik etdi

WUF13-də BMT və Azərbaycan bayraqları qaldırıldı - Video

Bakı Forumundan gözləntim budur - Tonqva

2030-cu ilə qədər hər gün 96 min ev… - Qarnaqa

İlham Əliyev Oljas Süleymenovu təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla