Yuxarı

Ermənistanda nə baş verir? – Arkovun şərhi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ermənistanda nə baş verir? – Arkovun şərhi

Ermənistanda baş verən hadisələr keçmiş Sovet İttifaqının bir çox respublikalarında dəb halını almış bədnam “rəngli inqilab”ı xatırladır.

Bu barədə Axar.az-a açıqlamasında rusiyalı politoloq, PolitRUS ekspert-analitik şəbəkəsinin təsisçisi və rəhbəri Vitali Arkov bildirib.

“Ermənistanda bu günlərdə baş verənləri “inqilab” deyil, “əksinqilab” adlandırmaq daha düz olar. Çünki 2018-ci ilin yazında klassik ssenari üzrə, Qərb xüsusi xidmət orqanlarının rəhbərliyi altında Nikol Paşinyan “rəngli inqilab” edərək, “Qarabağ klanı”nın üzvlərini müxalifətə çevirə bildi. İndi isə biz İrəvanda keçmiş hakimiyyət olan "Qarabağ klanı” rejiminin bərpası cəhdini müşahidə edirik.

Üç il əvvəl Ermənistan qanunlarına tabe olmayaraq, hakimiyyəti zorla ələ keçirən Nikol bu gün müxalifətdən elə həmin qanunları əməl etməyi tələb edir. Paşinyan hakimiyyətdən və fantastik zənginləşmək imkanından əl çəkmək istəmir”, - deyə müsahibimiz bildirib.

Onun sözlərinə görə, hadisələrin hərbi çevrilişə və hətta vətəndaş müharibəsinə keçməsini istisna etmək olmaz:

“Onu da qeyd etmək yerinə düşər ki, 2021-ci ilin yazında Paşinyanın ardınca, 2018-ci ilin yazındakı kimi, insanların gedəcəyinə böyük şübhələr var. Birincisi, onun əvvəlki tərəfdarlarının əksəriyyəti ikinci Qarabağ müharibəsindən sonra acı məyusluğa düçar oldu.

İkincisi, bunlar müqayisəedilməz məsələlərdir: Biri 2018-ci ildə yaz havasından meyxoş olub Paşinyanın onları işıqlı bir gələcəyə aparması ilə bağlı verdiyi vədlərdən ruhlanan ermənilər, digəri isə heç sabahkı gününə ümüdi olmayan ac kütlə. Ermənistanda cəmiyyət anlayır ki, necə olsa da, onlar sabah Rusiyaya qaçmaq barədə düşünəcək. Çünki hakimiyyətə kim gəldsə də, xalq acından öləcək”, - deyə Arkov qeyd edib.

Ekspertin fikrincə, Rusiya Ermənistanda baş verən siyasi böhranın sülh yolu ilə aradan qaldırılmasının, ölkənin vətəndaş müharibəsi xaosuna yuvarlanmamasının tərəfdarıdır. Sülh yolu ilə həll isə növbədənkənar parlament seçkisidir:

“Paşinyan hakimiyyətdən getməlidir. Əgər o bunu etməsə, hər şey nəzarətdən çıxacaq. Amma Nikol getsə, Ermənistanın hazırkı prezidenti Armen Sarkisyanın keçid dövründə dövləti idarə etmək, parlamentlə birlikdə koalisiya hökuməti formalaşdırmaq və yeni parlament seçkilərinin keçirilməsi üçün bütün şəraiti yaratmaq üçün kifayət qədər səlahiyyəti olacaq”.

Tarix
2021.02.26 / 14:47
Müəllif
Əli Məmmədov
Digər xəbərlər

Prezident bu konvensiyanı təsdiqlədi

Əli Əsədov səfirliyə getdi, başsağlığı verdi

İlham Əliyevin xalqa Ramazan təbriki

ABŞ İrana ordu yeritməyə hazırlaşır - Plan

Yataqlara zərbələr başladı, region yanır – Bu ölkələr batacaq..

İlham Əliyev Mirziyayevlə danışdı

Bakıdan Ermənistana 488 ton taxıl yola salındı

Bayramov Ər-Riyadda çıxış etdi: Naxçıvana PUA hücumu...

Bayramov Ərəbistanda İshaq Darla görüşdü

Ceyhun Bayramov Hakan Fidanla Ər-Riyadda görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla