Yuxarı

Qarabağdakı işlər “bərpa” deyil... - Arkov

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qarabağdakı işlər “bərpa” deyil... - Arkov

Azad edilmiş ərazilərin infrastrukturunun bərpası bu gün Azərbaycan rəhbərliyi üçün əsas prioritetlərdən biridir. Bunu heç bərpa da adlandırmaq düz deyil, çünki orada hər şey yenidən qurulacaq. Bu ərazilər üç onillik ərzində, İrəvanın de-fakto nəzarəti altında olan dövrdə praktiki olaraq dağıdılıb.

Bu sözləri Axar.az-a açıqlamasında beynəlxalq münaqişələr üzrə ekspert Vitali Arkov bildirib.

Onun sözlərinə görə, ilk növbədə Azərbaycanın Qarabağ bölgəsində nəqliyyat və enerji infrastrukturunu yaratması regionda irimiqyaslı tikinti işlərinə başlamağa imkan verəcək:

“Bura təkcə azərbaycanlı qaçqınların doğma yerlərinə qayıtmağa imkan verən yaşayış evləri və sosial obyektlər deyil, məktəblər, xəstəxanalar, ticarət müəssisələri və s. aiddir. Regionda iqtisadi artım nöqtələrinin formalaşdırılması, xeyli sayda iş yerinin yaradılması vacibdir. İlk növbədə, əlbəttə ki, aqrar sektor - əkinçilik və heyvandarlıq, emal zavodları açılmalıdır.

Regionun əhəmiyyətli turizm potensialını da unutmaq olmaz - əraziləri minalardan təmizlədikdən və lazimi şərait yaradıldıqdan sonra Azərbaycan xarici turistlərə “Qafqazın İsveçrəsi”ni təqdim edəcək.

Region, həmçinin “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin qollarından biri kimi də maraqlıdır”.

Arkov vurğulayıb ki, bu gün Azərbaycan iqtisadiyyatı postsovet məkanında ən dinamik inkişaf edən iqtisadiyyatlardan biridir. Lakin regionun bərpası külli miqdarda maliyyə tələb edir:

“Burada da Bakı qardaş Türkiyənin investisiyalarına, Rusiyada kifayət qədər nüfuzlu və varlı olan Azərbaycan icmasının dəstəyinə, həmçinin Qətərdən olan biznesmenlərin layihələrinə bel bağlaya bilər. Buna maraq artıq bu gün müşahidə olunur”.

Tarix
2021.03.04 / 11:24
Müəllif
Əli Məmmədov
Digər xəbərlər

Netanyahu 5 gündən sonra gedir? – Ekspert

Türkiyə ilə sərhədin açılması üçün... - Paşinyan

Paşinyan fikrini dəyişdi - Sülh sazişi ilə bağlı tarix...

Paşinyan onu Azərbaycana qaytaracaqlarını açıqladı

Rumıniyada qalmaqal: Azərbaycanın adı niyə çəkilir?

İrəvan üçün Moskva yox, Bakı ilə münasibətlər... - Mehrabyan

Mirzoyandan sülh sazişi ilə bağlı açıqlama

Nikol sülhü uzadır, Bakının cavabı ağır olacaq

Əhməd Yılmazdan Azərbaycan çağırışı: Buna öyrəşin!

Ermənistanda TRİPP-lə bağlı işlərə başlanıldı - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla