Yuxarı

KİV DF-nin yubileylə bağlı hansı planı var?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
KİV DF-nin yubileylə bağlı hansı planı var?

Azərbaycan Milli Mətbuatının 140 illiyi ilə əlaqədar tədbirlər planı hazırlanır.

Bu barədə Axar.az-a Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun sədri Vüqar Səfərli bildirib.

KİV DF sədrinin sözlərinə görə, hələlik mətbuatın yubileyi ilə bağlı hansı yeniliklərin olacağı məlum deyil:

"Hazırlanan tədbirlər planı ilə əlaqədar yaxın günlərdə məlumat veriləcək. Yubileylə əlaqədar harada, nə tədbirləri keçiriləcəksə, elan olunacaq. Hazırda bu işlər üzərində iş gedir. Hansı əlavə yeniliklər nəzərdə tutulubsa, bununla da bağlı məlumat verəcəyik".

Qeyd dək ki, iyun ayının 22-də Azərbaycan milli mətbuatının 140 illiyidir. Bu yubileyin keçirilməsi haqqında Azərbaycan prezidenti sərəncam imzalayıb. Sərəncamda Həsən bəy Zərdabi tərəfindən əsası qoyulmuş Azərbaycan milli mətbuatının keçdiyi yola və mətbuatın çağdaş durumuna nəzər salınır.

Sərəncamda Prezident Administrasiyasına tapşırılır ki, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu və Mətbuat Şurası ilə birlikdə yubiley tədbirlərinin keçirilməsini təmin etsin.

Sərəncama əsasən, Azərbaycan milli mətbuatının inkişafında xidmətləri olan jurnalistlər mükafatlandırılacaq. Bunun üçün jurnalist təşkilatları və redaksiyalar 1 ay müddətində təkliflərini verməlidir.

Tarix
2015.06.06 / 11:10
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Monteneqro prezidenti Azərbaycana gəlir

Azərbaycandan qazla bağlı məsələyə maraq var, çünki...

İlham Əliyev Maya Sandu ilə görüşdü - Foto

Nausedadan Bakı və İrəvanla bağlı açıqlama

İlham Əliyev Dublində mühüm tədbirdə iştirak edir

Prezident Dublindəki Konqres Mərkəzinə gəldi - Video

İlham Əliyev İrlandiyada səfərdədir: Zelenski ilə görüşdü

İrəvan TRİPP-ə görə bu qanunu dəyişir

General qızının 3 ay öncəki davası - Video

Əliyevlə Ərdoğan Antalyada bunu nümayiş etdirdilər - Yılmaz

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla