Yuxarı

Felgenhauerdən "İsgəndər" açıqlaması: Yalnız o...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

“İsgəndər” raketlərinin hazırda heç bir ixrac versiyası yoxdur.

Axar.az xəbər verir ki, bunu rusiyalı hərbi ekspert Pavel Felgenhauer deyib.

“Deyəsən, “İsgəndər”in eksport versiyasını Əlcəzair üçün hazırlayıblar, amma bunu başqa heç kim üçün istehsal etməyiblər. Mən Ermənistan üçün eksport variantının hazırlanmadığına, ona ənənəvi olan versiyanın verildiyinə şübhələrim var idi. Bunun haqqında danışmırdılar, amma onun eksport versiyası olmasını da təsdiq etmirdilər. Ermənistana bir neçə sayda raket göndərmək eksport məhsulun buraxılışını təşkil etməkdən daha asan idi”, - deyə o bildirib.

Felgenhauer “İsgəndər”in əvvəlcədən ixraca göndərilməyinin planlaşdırıldığını, ona görə də buna “İsgəndər” adının verildiyini söyləyib:

“Düşünürdülər ki, bu, yaxşı marketinq gedişi olacaq. Lakin “İsgəndər”lərlə ixracat o qədər də yaxşı alınmadı və onu Toçka-U-nu əvəz etmək üçün Rusiya raket briqadalarına kütləvi şəkildə istehsal etməyə başladılar”.

Hərbi ekspert İsgəndər-M-in Ermənistana verilməsi ilə Rusiyanın beynəlxalq öhdəliklərinin pozulduğunu bildirib. Bununla belə o, İsgəndər-M-lərin Şuşaya Gümrüdən atılmasının az inandırıcı olduğunu deyib:

“Ermənistan ərazisindən nəzəri olaraq atəş açmaq olardı. Burada həm Gümrü, həm də İrəvanda birgə hissələr var. Raketlər səyyardır, hara istəsən, oraya gedər. Bunun Rusiyaya niyə lazım olduğu aydın deyil. “İsgəndər”in yaxşı hədəf alması üçün ərazinin detallı görüntüsü lazımdır ki, partlayış nöqtəsini seçəsən. Bunun üçün Rusiya kəşfiyyat təyyarələri uçmalıydı, amma təyyarələr Şuşada yox kimiydi. Bundan başqa, bu halda Putinin özü bu buraxılışa razılıq verməliydi və onun şəxsən izn verdiyi də az inandırıcıdır. Buna Rusiyanın Ermənistandakı qruplaşmasının rəisi öz səlahiyyətləri ilə izn verə bilməzdi. Minimum belə buraxılışa Cənub Hərbi Dairəsinin rəhbəri Moskva ilə məsləhətləşdikdən sonra izn verə bilərdi”.

Tarix
2021.04.07 / 12:07
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

TDT-nin bayrağı kosmosa göndəriləcək

Rusiya niyə Polşadan sonra bu gün Rumıniyaya hücum etdi?

Kelloq Umerovla görüşdü

ABŞ və Ermənistan Zəngəzur dəhlizini müzakirə etdi

Netanyahu açıq şəkildə elan etdi, işğal edəcək: Bəs, necə?

İstanbulda daha bir bələdiyyə sədri saxlanıldı

Kirk simvola çevriləcək, qarşıdurma artacaq

Fidan İlham Əliyevə təşəkkür etdi

Fələstinə dəstək bəyannaməsi - Bakı da lehinə səs verdi

AB Zəngəzur dəhlizi üçün mühüm rol oynaya bilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla