Yuxarı

Dağlıdan sensasiya: Bayden Nikola görə “soyqırım” deyəcək

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Soyqırım" məsələsi Türkiyə üçün çox həssasdır. Hətta son illərdə artan Amerika düşmənçiliyini sonuna qədər alovlandıracaq qədər təhlükəli bir məsələdir.

Axar.az xəbər verir ki, bunu türkiyəli tanınmış jurnalist Taha Dağlı deyib.

“Türkiyə-ABŞ münasibətləri tamamilə pozula bilər. Bəs niyə ABŞ rəhbərliyi bu münasibəti ermənilər uğruna tək bir sözlə heç etsin?

Bəli, ABŞ rəhbərliyi ilə Türkiyə arasında çox ciddi problemlər mövcuddur. Erməni iddialarını “soyqırım” kimi xarakterizə etmək bu boşluğu daha da açacaq. Xüsusilə F-35 proqramından sonra "soyqırım" elanı Türkiyə-ABŞ münasibətlərini tükdən asılı hala gətirəcək. Üstəlik, PKK və FETÖ-ya verilən ABŞ dəstəyindən bəhs etmirəm.

Bayden “soyqırım” deyərək, Türkiyəni çətin vəziyyətdə qoyacaq. Buna şübhə yoxdur. Bəs bu “soyqırım” ifadəsi Baydenin nə işinə yarıyacaq? Bunu deməklə kimi məmnun edəcək? “Erməni lobbisinin təzyiqi”, “ermənilərə xoş görünmək” kimi nəzəriyyələr illərdir səsləndirilir. Amma bunların heç biri səbəb deyil. Bayden açıq şəkildə Ermənistanın Baş naziri Nikol Paşinyana dəstək üçün “soyqırım” ifadəsini işlədəcək.

ABŞ Paşinyanın Ermənistanda qalması üçün nə lazımdırsa, edəcək. Rusiya üçün isə Paşinyan ən qısa müddətdə qovulmalıdır. Ermənistanda seçkilər olacaq və Paşinyan ABŞ prezidentlərinin illərdir söz verib tutmadığı o "soyqırım" hədiyyəsini alan baş nazir olaraq seçkilərə girəcək”.

Taha Dağlı onu da vurğulayıb ki, ABŞ üçün Azərbaycanın Qarabağ zəfəri NATO əsgərinin Türkiyənin simasında Qafqaza girməsi deməkdir.

Tarix
2021.04.24 / 14:04
Müəllif
Gülnarə Kazımova
Şərhlər
Digər xəbərlər

Sülh sazişi razılaşdırılıb, bir az ərzində... - Mirzoyan

Bakı İrəvana sülhlə bağlı yeni təkliflər paketi göndərdi

Ceyhun Bayramov gürcüstanlı həmkarı ilə görüşdü

İlham Əliyev fərman imzaladı

Zatulinin Paşinyan üzərindən Qarabağ “sancısı”...

İlham Əliyev Masatsuqu Asakavanı qəbul etdi

Ordu Günündə tariximizə xain atəş açıldı: Öl!

Demarkasiya sazişi iyulun 1-də imzalanacaq - KİV

Əliyevə deyəcəm, bu xətt Azərbaycandan keçməlidir

Prezident İnger Andersonu qəbul etdi

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla