Yuxarı

Əliyevə deyəcəm, bu xətt Azərbaycandan keçməlidir

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

11:00

ABŞ çalışır ki, Mərkəzi Asiyadan mal ixracı Rusiya və Çindən deyil, alternativ yollarla, o cümlədən Azərbaycandan keçsin.

Axar.az xəbər verir ki, bunu ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində keçirilən dinləmələrdə Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms Obrayen deyib.

Diplomat qeyd edib ki, Mərkəzi Asiya ölkələrindən dünya bazarlarına ixrac hazırda yalnız Çin və Rusiya vasitəsilə həyata keçirilir və alternativ yol üçün Azərbaycanla əməkdaşlıq etmək lazımdır:

“Bir marşrut Gürcüstandan Qara dənizə keçir, digəri isə - potensial olaraq daha böyük marşrut Azərbaycan, Ermənistan və Türkiyədən (Orta dəhliz, Zəngəzur yolu nəzərdə tutulur - red.) keçəcək. Bu səbəblərə görə Azərbaycan və Ermənistan arasında sülh sazişinə ehtiyacımız var”.

Obrayen əlavə edib ki, Bakıya səfəri zamanı o, Azərbaycan Prezidenti İlham Əliyevə sülhün vaxtının yetişdiyini deyəcək.

Qeyd edək ki, Obrayenin bu gün Azərbaycana gələcəyi gözlənilir.

Tarix
2024.06.27 / 11:45
Müəllif
Zeynəb Əkbər
Şərhlər
Digər xəbərlər

Azərbaycanlı İranda prezident seçilsə… - Bakıdan baxış

Seçkiqabağı təşviqatın başlanma və bitmə tarixi

Siyasi partiyaların bu seçkidə iştirakı... – MSK sədri

Deputatlığa namizədliyin irəli sürülməsi prosesi başladı

Mirzoyan Kuleba ilə görüşdü: Bakı ilə münasibətlər...

Bu seçki tarixi əhəmiyyət daşıyan hadisə olacaq

Parlament seçkiləri: Təqvim Planı təsdiq edildi

MSK-nın növbəti iclası başladı

İlham Əliyev pensiya ilə bağlı bu qanuna dəyişiklik etdi

İlham Əliyev 2 fərman imzaladı

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla