Yuxarı

Tahir Tahiroviç Fuad Nəcəfliyə müraciət ünvanladı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Kinematoqrafçılar İttifaqının idarə heyətinin üzvü, kinorejissor Tahir Tahiroviç Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfliyə müraciət ünvanlayıb.

Axar.az xəbər verir ki, müraciətdə deyilir:

“Bu il Azərbaycan bəstəkarlıq məktəbinin böyük nümayəndəsi, Azərbaycanın xalq artisti, əməkdar incəsənət xadimi, "Şöhrət" ordenli, professor Ramiz Mirişlinin 90 illik yubileyidir. O, böyük bəstəkar olmaqla yanaşı, həm də pedaqoji fəaliyyətlə məşğul olmuş, yeni musiqiçilər nəslinin yetişdirilməsi işinə dəyərli töhfələr vermişdir.

Ramiz Mirişlinin yaradıcılığı çoxşaxəli olduğundan müxtəlif janrlarda bəstələdiyi əsərlər Azərbaycan musiqi xəzinəsinin dəyərli inciləridir. Bəstəkarın onlarla bədii, sənədli, cizgi filmlərinə yazdığı musiqləri, məşhur şairlərin sözlərinə bəstələdiyi mahnıları dillər əzbərinə çevrilib. Onun əsərləri Azərbaycanda və onun hüdudlarından kənarda doğma yurda məhəbbət və milli dəyərlərə ehtiram aşılamaqla yanaşı gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasında da mühüm əhəmiyyət kəsb edir. Bunlardan əlavə böyük pedaqoq olan Ramiz Mirişli Naxçıvan Dövlət Filarmoniyasının, Musiqi Kollecinin və Bəstəkarlar İttifaqının yaranmasının birbaşa təşşəbüskarı və yaradıcısıdır.

Hörmətli Fuad müəllim, ulu Naxçıvan torpağı dünya elminə, ədəbiyyatına, sənətinə, ictimai-siyasi həyatına böyük şəxsiyyətlər bəxş etmiş bir yurd yeridir. Bütün bunlarla yanaşı etiraf etməliyik ki, Naxçıvanın bütün böyük şəxsiyyətləri sırasında bəstəkarlıq məktəbinin nəhəng nümayəndəsi var ki, o da Ramiz Mirişlidir. Təəssüf ki, indiyə qədər doğulub boya-başa çatdığı, uzun illər fəaliyyət göstərdiyi Naxçıvanda hələ də bəstəkarın adına bir abidə yoxdur. Bu baxımdan, Azərbaycanın Ramiz Mirişlisinin Naxçıvan şəhərində anadan olduğu evinin qarşısında yerləşən, “Böyük bağ” kimi tanınan məkanda abidəsinin ucaldılması həm onun ruhuna sayğı, həm də qədirbilən xalqımız üçün hədiyyə olardı. İnanıram ki, təklifimi dəyərləndirəcək, böyük sənətkarın xatirəsinin əbədiləşdirilməsi istiqamətində bu təklifi dəstəkləyəcəksiniz”.

Tarix
2024.06.29 / 21:33
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Naxçıvan NK bir sıra qərarlar qəbul etdi

Bakı-İrəvan sülhü böyük imkanlar yaradacaq - Blinken

Bakıdan erməni ordusuna xəbərdarlıq: Qadağan edildi!

Əgər Ermənistan Azərbaycanla barışsa... - “Yerusəlim Post”

Bayramov İsrail Katzla danışdı

Sülh sazişinin başlıca şərti... - Əliyev

Qayıdış hüququ onlara da şamil edilməlidir - Prezident

Prezidentdən sülh müqaviləsi ilə bağlı sevindirici açıqlama

Ermənistanla ikitərəfli səviyyədə daha yaxşı nəticələr görürük

Əskipara yaxınlığındakı yeni mövqeyimiz - Video

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla