Yuxarı

Avropa çempionu olan millimiz Vətənə döndü

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Serbiyada təşkil olunan U-17 Avropa çempionatında uğur qazanan sərbəst güləş üzrə Azərbaycan millisi Vətənə dönüb.

Axar.az İdman.biz-ə istinadən xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda keçirilən qarşılanma mərasimində Azərbaycan Güləş Federasiyasının nümayəndələri, idmançıların yaxınları və media təmsilçiləri iştirak edib.

Novi Sadda keçirilən yarışda 2 qızıl, 2 gümüş, 2 bürünc medal qazanan sərbəst güləş millimiz yekunda 160 xal toplayaraq komanda hesabında çempion olub.

Yığmamız ikinci pillədəki Ermənistanı 36 xal qabaqlayıb. Türkiyə (119) isə üçüncü yeri tutub.

Qeyd edək ki, böyük məşqçi Əsgərxan Novruzov, məşqçilər Vahid Məmmədovla Rövşən Hacıyevin rəhbərliyi altında Muhamməd İsmayılov (51 kq) və İsa Yusibov (65 kq) qızıl, Hüseyn İsmayılovla (60 kq) Muxamad Qantemirov (110 kq) gümüş, Hacıhüseyn Əhmədzadə (48 kq) və Hüseyn Hüseynov (55 kq) isə bürünc medal qazanıb.

Tarix
2024.07.01 / 22:56
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Goranboy DYP-yə yeni rəis təyin olundu

Çinlə əmtəə dövriyyəsi 3 milyarda çatıb - Əliyev

Astanada dövlət başçıları şərəfinə şam yeməyi verildi

XİN sözçüsü üçtərəfli görüşü şərh etdi

İlham Əliyev Ərdoğan və Şəriflə görüş keçirdi - Foto

Əliyevlə Tokayev arasında görüş oldu

Azərbaycan Tayvanı Çinin ayrılmaz hissəsi kimi tanıyır

Azərbaycan Çinlə strateji tərəfdaşlıq bəyannaməsi imzaladı

Moskvada bunu müzakirə etdik, o vaxtdan bəri...

Əliyevlə Putinin görüşü keçirildi - Foto

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla