Yuxarı

XİN sözçüsü üçtərəfli görüşü şərh etdi

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın həm Türkiyə, həm də Pakistanla ikitərəfli əlaqələri xalqlarımızın qardaşlığına, tarixi və mədəni bağlarına, qarşılıqlı hörmət və etimada əsaslanır. Belə möhkəm təməllərə əsaslanan dövlətlərarası münasibətlərimiz davamlı və hərtərəfli inkişaf, müxtəlif sahələri əhatə edən sıx əməkdaşlıq, qarşılıqlı maraq doğuran məsələlər üzrə beynəlxalq səviyyədə birgə fəaliyyət və dəstəklə səciyyələnib.

Axar.az xəbər verir ki, bu fikirləri Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə yerli medianın sualına cavabında söyləyib.

“Üç ölkənin parlament sədrləri, xarici işlər nazirləri, Müdafiə nazirlikləri səviyyəsində indiyə qədər bir sıra üçtərəfli görüşlər, tədbirlər və təlimlər keçirilib, əhəmiyyətli məsələlər üzrə razılıqlar əldə edilib və əməkdaşlıq daha da genişlənib. Xüsusilə vurğulamaq lazımdır ki, nümunəvi xarakter daşıyan bu üçtərəfli əməkdaşlıq platformaları beynəlxalq hüququn norma və prinsiplərini rəhbər tutaraq, yalnız sülh, təhlükəsizlik sabitlik və tərəqqini təşviq edir”, - deyə mətbuat katibi bildirib.

A.Hacızadə diqqətə çatdırıb ki, Astanada liderlər səviyyəsində keçirilmiş bu görüş üç ölkə arasında münasibətlərin yeni səviyyəyə yüksəlməsi, məhz liderlərin rəhbərliyi ilə üçtərəfli əməkdaşlıq platformasının güclənməsi və müntəzəm şəkildə təşkili, Azərbaycanın, Pakistanın və Türkiyənin strateji tərəfdaşlıq əlaqələrinin yeni istiqamətlərdə genişlənməsinə təkan verəcək.

Tarix
2024.07.03 / 22:03
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Azərbaycan ölkələr arasında körpü yaratmaq siyasəti yürüdür

TDT XİN başçılarının iclası yekunlaşdı, sənədlər hazırlandı

Prezident Məsud Pezeşkianı Azərbaycana dəvət etdi

İlham Əliyev Məsud Pezeşkianı təbrik etdi

Cövdət Yılmaz Azərbaycanda səfərdədir

Bayramov Şuşada İrəvanla normallaşmadan danışdı

İlham Əliyev Britaniyanın yeni baş nazirini təbrik etdi

Merihə qarşı tətbiq edilən cəza ədalətsizdir - Əliyev

Sunak getdi: Londonun Qafqaz siyasəti necə olacaq?

Tokayev Azərbaycana gəldi

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla