Yuxarı

İranda sensasiya: Pezeşkian qalibdir, təsdiqi qalır - Təcili

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

2024.07.05. 23:25

Şərqi Azərbaycan, Loristan, Kirmanşah və Kürdüstan əyalətlərinin bir neçə rayonunun kəndlərində prezident seçkilərinin ilkin nəticələri elan edilib.

Axar.az xəbər verir ki, bu barədə yerli mənbələr məlumat yayıb.

Adıçəkilən əyalətlərin kəndlərində sayılan səslərin nəticələrinə görə, Məsud Pezeşkian böyük fərqlə rəqibi Səid Cəlilidən öndədir.

Şərqi Azərbaycan əyalətinin Vərziğan, Xudafərin, Kəleybər rayonlarının yüzlərlə kəndində səslər sayılıb, bəzi bölgələrdə Pezeşkian rəqibindən bir neçə dəfə çox səs toplayıb.

Vərziğanın 39 kəndinin seçki nəticələrinə görə, Pezeşkian 10 000, Cəlili isə 771 səs toplayıb. Kəleybər bölgəsinin Abış Əhməd şəhərində Pezeşkiana verilən səslərin sayı 8909, Cəliliyə isə 940 təşkil edib.

***

Şərqi Azərbaycan əyalətinin Xudafərin bölgəsində səslərin bir qismi sayılıb.

İran mediasının məlumatına görə, Məsud Pezeşkian 15.300, Səid Cəlili isə 1.731 səs toplayıb.

***

Sistan və Bəlucistan əyalətinin İrəndeqan Xaş bölgəsində Pezeşkian 4.851, Cəlili 93 səs, Kirmanşahın İslamabad Qərb rayonunda Pezeşkian 50.000, Cəlili isə 1.700 səs toplayıb.

***

Qeyri-rəsmi məlumata görə, Sistan və Bəlucistan əyalətində səslərin 89 faizi Pezeşkiana verilib.

***

Qeyri-rəsmi məlumatlara görə, indiyə qədər sayılan bülletenlərə əsasən, Pezeşkian 8 milyon 200 min, Cəlili 6 milyon 800 min səs toplayıb.

***

Təbriz mediasının yazdığına görə, bu vaxta kimi 22 milyondan çox səs sayılıb.

Hazırda Məsud Pezeşkian 12.250.000, Səid Cəlili isə 10.300.000 civarında səs toplayıb.

***

Medianın yaydığı qeyri-rəsmi məlumatlara görə, hazırda Məsud Pezeşkian 14.210.000, Səid Cəlili 12.101.000 səs toplayıb.

***

Sosial media hesablarında artıq Məsud Pezeşkianın qalib olduğu ilə bağlı məlumatlar yayılır.

Pezeşkianı qalib elan edən sosial media hesabları arasında İranın güc strukturlarına aid kanallar da var. Belə ki, SEPAH-a bağlı sosial media kanalı “Hüseyniyyun Azərbaycan” Məsud Pezeşkianın Səid Cəlilidən öndə olduğunu yazıb.

Mühafizəkar siyasi cərəyana mənsub media orqanı “Sabirin nyus” da Səid Cəlilinin məğlubiyyətini qəbul edib.

SEPAH-ın 500 min abunəçisi olan “Kanale Sepahe Pasdaran” da Pezeşkianın 16 milyon səslə qələbə çaldığını elan edib.

Qeyd edək ki, səsvermə yerli vaxtla 00:00-da başa çatıb. Hazırda səslər sayılır, rəsmi nəticə elan edilməyib.

Tarix
2024.07.06 / 03:05
Müəllif
Aytac Araz
Şərhlər
Digər xəbərlər

Qardaş ölkədə əsgərlərimiz belə qarşılandı - Video

Azərbaycana ən son model qırıcılar veriləcək - Detallar

İrəvanın “bacısı” Makron uduzdu: Qafqazda nələr dəyişəcək?

Azərbaycana hər yerdən hücum edilir: 4-cü qətlin dəhşəti...

Qriqoryan ABŞ-a təkliflə gedib – İmtina alacaq

COP29 ilə əlaqədar beşinci iclas keçirildi

Yeni başçı kollektivə təqdim olundu

Bakı böyük oyun oynayır, Zəngəzuru itirəcəyik - Danielyan

İrəvanda yeni xof: Bu tarixdə müharibə başlayacaq

Paşinyan 6 il əvvəl Bakıya nə söz verib? - Şok detal

KULT
<>
Xəbər xətti
  
  
  
  
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla