Yuxarı

Bayramov İsrail Katzla danışdı

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

28 iyun 2024-cü il tarixində xarici işlər naziri Ceyhun Bayramov ilə İsrail Dövlətinin xarici işlər naziri İsrail Katz arasında telefon danışığı aparılıb.

XİN-dən Axar.az-a verilən məlumata görə, tərəflər iki ölkə arasında əməkdaşlıq əlaqələrinin cari vəziyyəti və perspektivlərini, beynəlxalq və regional məsələləri, Qəzza ətrafında yaranmış vəziyyəti müzakirə ediblər.

Nazir Ceyhun Bayramov Qəzzada qısa müddət ərzində atəşkəsin əldə olunmasının, hər iki tərəfdən mülki əhalinin hədəf alınmamasının, İsrail-Fələstin münaqişəsininin sülh yolu ilə həllinin vacibliyini vurğulayıb.

Azərbaycanın Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM) çərçivəsində 2024-2026-cı illəri əhatə edən sədrliyi çərçivəsində görülməsi zəruri olan işlər və planlar telefon danışığı zamanı nəzərdən keçirilib.

Nazir Ceyhun Bayramov post-münaqişə dövründə bölgədəki mövcud vəziyyət və reallıqlar, işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, mina təhdidi ilə mübarizə məsələləri, habelə Azərbaycan-Ermənistan sülh prosesi barədə qarşı tərəfə ətraflı məlumat verib.

Ölkəmizin BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) sədrliyi çərçivəsində iki ölkə arasında əməkdaşlıq üçün əlavə imkan yarandığı vurğulanıb.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.

Tarix
2024.07.01 / 17:51
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Səhmdarlar Müqaviləsinin mübadilə mərasimi oldu

Əliyevlə Tokayev arasında görüş oldu

Zakir Həsənov Minskdə paradı izlədi - Foto

Bakı NATO sammitinə dəvət aldı - Moskvadan reaksiya

Bakıdan hələ müsbət cavab almamışıq - Mirzoyan

Əliyevlə Putinin görüşü keçirildi - Foto

Azərbaycan XİN Belarusu təbrik etdi

KİV: Anklavlar qaytarılır, dəhliz açılır - Video

Novruzov təkzib etdi: Bu xəbər mənə qarşı təxribatdır!

Əliyevlə Putin belə görüşdü - Video

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla