Yuxarı

Novruzov təkzib etdi: Bu xəbər mənə qarşı təxribatdır!

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

13:16

VI çağırış Milli Məclisin hakim Yeni Azərbaycan Partiyasından (YAP) olan deputatları Siyavuş Novruzov və Sevinc Hüseynovanın növbədənkənar parlament seçkilərində namizədliyini irəli sürə bilməyəcəkləri barədə məlumat yayılıb.

İddia olunur ki, buna səbəb onların adının Milli Məclisə 2024-cü il sentyabrın 1-nə təyin edilmiş növbədənkənar seçkilərlə əlaqədar YAP-ın Mərkəzi Seçki Qərargahının tərkibinə daxil edilməsidir.

Axar.az xəbər verir ki, VI çağırış Milli Məclisin deputatı Siyavuş Novruzov Modern.az-a açıqlamasında məlumatı təkzib edib:

“Mən Yeni Azərbaycan Partiyasının Mərkəzi Seçki Qərargahının üzvüyəm, seçki komissiyasının deyil. Bu xəbər yalandır. Seçki komissiyasının tərkibinə daxil edilsəydim, onda namizədliyimi irəli sürə bilməzdim. Amma indiki halda namizədliyimi irəli sürə bilməyəcəyim haqda xəbər kökündən yanlışdır. Mərkəzi Seçki Qərargahının üzvləri arasında elə deputatlar da olmalıdır. Bu xəbər mənə qarşı açıq-aydın təxribatdır”.

Tarix
2024.07.03 / 14:20
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Üç ölkə prezidenti Şuşada gəzintiyə çıxdı - Foto

Bayramov Hakan Fidanla Şuşada görüşdü

Orban Füzuliyə gəldi

Erməni bloger ad gününü Azərbaycanda keçirdi - Video

Hikmət Hacıyev Şuşadan paylaşım etdi

Sülh sazişinin imzalanması vacibdir - Mirzoyan

“Naxçıvanpoçt”un direktoru işdən çıxarıldı

General-polkovnik istefaya getdi, yeni komandan o oldu

Əliyev Ərdoğana demişdi, bu gün etdi - Video

İlham Əliyev Şuşada Hakan Fidanı qəbul etdi

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla