Yuxarı

İlham Əliyev Şuşada Hakan Fidanı qəbul etdi

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

16:39

Azərbaycan Prezidenti İlham Əliyev iyulun 5-də Şuşada Türkiyənin xarici işlər naziri Hakan Fidanı qəbul edib.

Axar.az xəbər verir ki, söhbət zamanı bir neçə gün əvvəl Astanada dostluğun və qardaşlığın nümunəsi olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif arasında keçirilən üçtərəfli görüş məmnunluqla xatırlandı, bundan sonra bu formatın davamlı olacağına əminlik ifadə edildi.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla əldə edilmiş razılığa əsasən, Türkiyənin dövlət başçısının Türkiyə-Niderland matçını izləmək üçün Almaniyaya səfər etməsi ilə əlaqədar Şuşada keçiriləcək Zirvə toplantısında qardaş Türkiyəni bu ölkənin vitse-prezidentinin təmsil edəcəyi vurğulandı.

Məhz Şuşa şəhərində 2021-ci ildə Azərbaycan ilə Türkiyə arasında müttəfiqlik əlaqələrimizin əsasını təşkil edən Şuşa Bəyannaməsinin imzalanmasının əhəmiyyəti vurğulandı.

Görüşdə ölkələr arasında qardaşlıq, dostluq və müttəfiqlik münasibətlərinin bütün sahələrdə uğurlu inkişafından məmnunluq ifadə olundu, Türk dünyasının birliyinin və həmrəyliyinin önəminə toxunuldu.

Söhbət zamanı Azərbaycan-Ermənistan və Türkiyə-Ermənistan münasibətləri də müzakirə edildi.

Tarix
2024.07.05 / 18:08
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İrəvanda yeni xof: Bu tarixdə müharibə başlayacaq

Paşinyan 6 il əvvəl Bakıya nə söz verib? - Şok detal

Simonyan azərbaycanlı həmkarı ilə görüşəcək

Azərbaycana hər yerdən hücum edilir: 4-cü qətlin dəhşəti...

Mühüm səbəb: Azərbaycanlılar Gürcüstana geri qayıdır - Video

380 min azərbaycanlı geri qayıtmalıdır - Kılıç

Milyonçular sürətlə bu ölkələri tərk edir

Mən Qərbi Azərbaycandan qovulan nəslin övladıyam

Yeni prezident seçildi, İranla münasibətlər... - Bayramov

İrəvandan bu istiqamətdə addımlar atmaqlarını gözləyirik

KULT
<>
Xəbər xətti
  
  
  
  
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla