Yuxarı

Sus kəndində ilk körpə dünyaya gəldi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Laçın rayonunun işğaldan azad edildikdən sonra yenidən salınmış Sus kəndində ilk körpə dünyaya gəlib.

Axar.az xəbər verir ki, körpənin valideynləri – Anar və Lamiyə Yolçulular bu ilin may ayında doğma yurda qayıdıb və burada onlara verilən fərdi evdə daimi məskunlaşıblar.

Hər iki valideyn - Anar və Lamiyə məcburi köçkün ailəsinin övladlarıdır.

“Biz məcburi köçkünlüyün çətinliklərini görmüş ailələrdənik. Ancaq həmişə dövlətimizin, möhtərəm Prezident cənab İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət və qayğısı ilə əhatə olunmuşuq. Torpaqlarımızın işğaldan azad edilməsi ilə bizim də həyatımızda yeni bir dövr başlandı. Dövlətimizin başçısının tapşırığı ilə yeni salınan Sus kəndində gənc ailə kimi bizə də ev verildi. Dərin minnətdarlıq hissi, böyük arzularla qayıtmışıq doğma yurda… Əminik ki, özümüz də, oğlumuz da Susda daim xoş günlər yaşayacağıq”, - Anar Yolçulu bildirib.

Qeyd edək ki, Anar Yolçulu qardaşı ilə birlikdə torpaqların işğaldan azad edilməsi uğrunda döyüşlərdə, 44 günlük Vətən müharibəsində iştirak edib.

Onun atası Nüsrət isə birinci Qarabağ müharibəsinin veteranıdır.

Tarix
2024.07.03 / 16:32
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Cəlili tərəfdarları Pezeşkianı qalib kimi qəbul etdi

Seçkilərin ilkin rəsmi nəticəsi - Pezeşkian qalib gəlir

Xarici ölkələrdə verilən səslər açıqlandı – Pezeşkian liderdir

Bayramov Hakan Fidanla Şuşada görüşdü

Ümumqoşun Ordunun yeni komandanı kimdir? - Dosye

İran seçkisi: Bakıdan Pezeşkiana bu qədər səs verildi

Prezidentlərin Şuşada qeyri-rəsmi naharı oldu

Üç ölkə prezidenti Şuşada gəzintiyə çıxdı - Foto

Orban Füzuliyə gəldi

Erməni bloger ad gününü Azərbaycanda keçirdi - Video

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla