Yuxarı

Hərbçimiz qətli xidməti silahla törədibmiş - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

11:01

Xəbər verdiyimiz kimi, ötən gün Bakının Nərimanov rayonunda, "Metro Park" ticarət mərkəzinin önündə 21 yaşlı İsmayıl Allahverdiyev 24 yaşlı Tural Kosayevi qıza görə qətlə yetirib.

Axar.az Oxu24.com-a istinadən xəbər verir ki, hadisəni törədən şəxs 21 yaşlı İsmayıl Allahverdiyev müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusudur. Qətli də xidməti silahla törədib.

Məlumata görə, hadisədən bir müddət öncə tərəflər arasında yaşadıqları kənddə əlbəyaxa dava olub. Həmin davadan sonra onlar arasında münasibət daha da kəskinləşib.

Öldürülən şəxs Tural Kosayev qətli törədən İsmayıl Allahverdiyevə zəng edib və onu görüşə çağırıb.

Nərimanov rayonu ərazisində yerləşən "Metro Park" ticarət mərkəzinin qarşısında onlar mübahisə ediblər. Tural Kosayev İsmayıl Allahverdiyevə nalayiq ifadələr işlədib.

Bu zaman İsmayıl xidməti silahı ilə havaya bir neçə atəş açıb. Daha sonra Tural Kosayevin baş və sinə sinə atəş açaraq onu qətlə yetirib. Sonuncu yerindəcə keçinib.

Tarix
2024.06.27 / 14:15
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Azərbaycanlı İranda prezident seçilsə… - Bakıdan baxış

Seçkiqabağı təşviqatın başlanma və bitmə tarixi

Siyasi partiyaların bu seçkidə iştirakı... – MSK sədri

Deputatlığa namizədliyin irəli sürülməsi prosesi başladı

Mirzoyan Kuleba ilə görüşdü: Bakı ilə münasibətlər...

Bu seçki tarixi əhəmiyyət daşıyan hadisə olacaq

Parlament seçkiləri: Təqvim Planı təsdiq edildi

MSK-nın növbəti iclası başladı

İlham Əliyev pensiya ilə bağlı bu qanuna dəyişiklik etdi

İlham Əliyev 2 fərman imzaladı

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla