Yuxarı

“Ermənistanla bağlı son sözü Rusiya deyəcək”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Ermənistanla bağlı son sözü Rusiya deyəcək”

"Rəngli inqilablar Qərb ölkələrinin ssenarisi əsasında hazırlanır".

Bu barədə Axar.az-a açıqlamasında analitik Vüqar Zifəroğlu danışıb. O bildirib ki, Ermənistandakı proseslər elektrik enerjisinin qalxması ilə başlasa da, əslində Rusiyaya olan münasibət dəyişməkdədir:

"Yaxın Şərqdə Ərəb baharı, postsovet məkanında - Gürcüstanda, Qırğızıstanda, Ukraynada rəngli narıncı inqilablar hakimiyyət dəyişikliyi ilə nəticələndi. Ermənistanda hər şey elektrik enerjisinin qalxması ilə başlasa da, əslində, daxildə Rusiyaya qarşı münasibət dəyişməkdədir. İqtidarın yarıtmaz siyasəti və tamamilə Rusiyadan asılılıq gec-tez bunu ortaya qoyacaqdı. Təbii ki, Qərbin də burda əlinin olmasını ehtimal etmək olar. Ermənistandakı mitinqlərlə paralel olaraq, miqyas geniş olmasa da, Qırğızıstanda da müəyyən aksiyaların başlaması diqqət çəkməyə bilməz. Hər iki ölkə Rusiyanın Avrasiya Birliyində və Gömrük İttifaqında aktiv mövqe nümayiş etdirir. Ermənistanın Rusiyadan enerji asılılığı isə vəziyyəti daha da gərginləşdirir. İstənilən halda Sərkisyan iqtidarı üçün müəyyən problemlər qaçılmaz olacaq. İstər silah, istərsə də inqilab yolu ilə olsun - əgər Rusiya istəməsə, Ermənistanda heç bir siyasi dəyişiklik olmayacaq. Qərb isə aksiyalarla indiki hökumətə sadəcə bir xəbərdarlıq etmiş oldu. Bir sözlə, Ermənistanla bağlı son sözü yenə də Rusiya deyəcək".

Tarix
2015.06.27 / 09:00
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

Bu, hər bir ölkə üçün milli maraq məsələsidir - Prezident

Azərbaycanda vəzifəli şəxs istefa verdi

İlham Əliyev və Leyen mətbuata bəyanat verdilər - Video

Ticarətin 70 faizdən çoxu Azərbaycanın payına düşür

İlham Əliyevlə Leyenin geniş tərkibdə görüşü oldu

Bakı və Sofiya arasında mühüm görüş

İlham Əliyev Leyenlə təkbətək görüşdü

ABŞ niyə Cənubi Qafqaza səfir göndərmir?

Buna görə Bakıdayam - Leyen

Leyen Azərbaycanda səfərdədir: Bayramov qarşıladı - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla