Yuxarı

Ordumuzun hücumuna Köçəryan hüquqi zəmin yaradacaq - Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ordumuzun hücumuna Köçəryan hüquqi zəmin yaradacaq - Video

14:38

Robert Köçəryan seçkilərdə qalib gəlsə, böyük ehtimalla Ermənistan-Azərbaycan müharibəsi yenidən başlacaq. Ancaq bu dəfə Azərbaycan daxilində yox, sərhəddə.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Qabil Hüseynli deyib.

Q.Hüseynli qeyd edib ki, Köçəryanın müharibəni körüklədiyini seçicilərinə verdiyi ağlasığmaz və revanşist vədlərdən də görmək mümkündür:

“Köçəryandan sülhə dair hansısa bir addım gözləmək sadəlövhlükdür. Robert Köçəryanın bütün ömrü keçmiş Dağlıq Qarabağın “müstəqilliyi” uğrunda keçib. O, azərbaycanlıların qətliamını həyata keçirən, müharibəni başladan və bu düşmənçiliyin dərinləşməsi üçün hər şey edən şəxsdir. Onun yenidən işğala başlayacağına heç kim şübhə etməməlidir.

Kremlin dəstəyinə güvənən Köçəryan baş nazir seçiləcəyi təqdirdə yenidən gərginliyi artıracaq. O, elə düşünür ki, 3-4 illik bir müddətdə erməni ordusunu gücləndirə, daha sonra yenidən işğala başlaya bilər. İstənilən halda Robert Köçəryanın baş nazir seçilməsi Ermənistana ciddi təhlükə vəd edir. Ancaq bu dəfə Robert Köçəryan Qarabağ ermənilərini deyil, bütövlükdə Ermənistanda yaşayan erməniləri təhlükəyə atır”.

Politoloq vurğulayıb ki, Ermənistanda 1991-ci ildə 3,5 milyon insan yaşayırdısa, hazırda bu rəqəmin 1,8 milyon olduğunu erməni ekspertlər rəsmən bəyan edirlər:

“30 il müddətində Ermənistan əhalisinin tam yarısını itirib və bu, Robert Köçəryan və Serj Sərkisyanın apardığı siyasətin, qonşularla düşmənçiliyin, Ermənistanın dalana dirənməsinin birbaşa nəticəsidir. Bu siyasət davam edərsə, Ermənistan əhalisinin daha 50 faizindən məhrum olacaq, Azərbaycan isə sülhəməcburetmə əməliyyatı keçirmək, Ermənistan ərazisində bufer zona yaratmaq hüququ əldə edəcək”.

Tarix
2021.06.14 / 15:54
Müəllif
Turan Rzayev
Digər xəbərlər

Paşinyan: Qarabağdan niyə qaçdınız? - Video

İrandan Azərbaycana təxliyə olunanların sayı...

Azərbaycan nümayəndə heyəti Tiflisə yollandı

İran təsəvvürləri alt-üst etdi: 4 min km uçan raket...

ABŞ İran neftinə sanksiyanı bir aylıq qaldırdı - Hansı məntiqlə?

İran müharibəsi: Azərbaycan “əsas dəhlizə” çevrilir...

Şovinist Rza Pəhləvinin olmayan “Ölümsüzlər” ordusu...

ABŞ-da İran üzrə peşəkarlar niyə işdən çıxarıldı?

Bu nazirin müavilərinin sayı 6-ya çatdı

Nazir müavini təyin edilən jurnalist oğlunun - Dosyesi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla