Yuxarı

Zakir Həsənov: “Hər zaman qəti mövqe nümayiş etdiririk"

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Litvada səfərdə olan Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov bu gün bir sıra görüşlər keçirib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Axar.az-a verilən xəbərə görə, Litva Hərbi Məktəbini ziyarət edən nazir təhsil müəssisəsi ilə tanışlıqdan sonra keçirilən görüşdə ölkələrimizin hərbi təhsil sahəsində əməkdaşlığının genişləndirilməsi istiqamətində böyük imkanların olması, qarşılıqlı təcrübə mübadiləsinin inkişaf etdirilməsi, müxtəlif mövzularda seminarların, kursların və digər tədbirlərin təşkil edilməsi barədə fikir mübadiləsi aparıb.

Sonra Z. Həsənov NATO Enerji Təhlükəsizliyi Mərkəzində olub. Müdafiə nazirinə mərkəzin təyinatı, məqsədi, fəaliyyəti, enerji təhlükəsizliyi sahəsində keçirilən tədbirlər, planlaşdırılan işlər barədə ətraflı məlumat verilib.

Müdafiə naziri Azərbaycanın NATO-nun fəal tərəfdaşlarından biri olduğunu bildirərək, Litva Silahlı Qüvvələrində həyata keçirilən islahatların təcrübə baxımdan əhəmiyyətini, beynəlxalq sülhyaratma əməliyyatlarına Azərbaycanın dəstəyini, ölkəmizin hər zaman terrora və separatçılığa qarşı qəti mövqe nümayiş etdirdiyini diqqətə çatdırıb.

Hər iki görüşdə ölkələrimiz arasındakı əlaqələrin genişləndirilməsi mövzusu müzakirə edilərək, Dağlıq Qarabağ münaqişəsi barədə ətraflı məlumat verilib.

Tarix
2015.07.02 / 20:27
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Beş prinsipin təşəbbüskarı Azərbaycandır - Əliyev

Blinken İlham Əliyevə zəng etdi

Ərdoğanın ABŞ-a səfəri bu əməliyyata görə ləğv edilib?

ABŞ və AB-nin regiona münasibətindən narahatıq - Dönməz

Ordumuz təhvil verilən kəndlərə daxil oldu? – Təcili

Ukraynanın bu şəhəri Laçınla qardaşlaşacaq

Ukrayna səfiri Azərbaycana təşəkkür etdi

Ermənistan Türkiyəyə təklif hazırlayır

Makron Qafqazda məğlub oldu: Berlin önə çıxır

Xalq başa düşür: problemlərin həlli Bakı ilə... - Danielyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla