Yuxarı

Zakir Qaralov vyetnamlı nazirlə görüşdü

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyulun 3-də baş prokuror Zakir Qaralov Vyetnam dövləti başçısının sədri olduğu Kommunist Partiyası Siyasi Bürosunda Ədliyyə İslahatları üzrə Komissiyanın daimi sədr müavini, nazir xanım Le Thi Thu Banın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Axar.az Baş Prokurorluğun mətbuat xidmətinə istinadən xəbər verir ki, görüşdə Zakir Qaralov Azərbaycan ilə Vyetnam arasında əməkdaşlığın dinamik inkişaf etdiyini bildirərək Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən məhkəmə-hüquq islahatları çərçivəsində prokurorluğun fəaliyyəti üçün zəruri normativ hüquqi bazanın yaradılması, prokurorluq orqanlarında köklü islahatların aparılması, o cümlədən müasir informasiya texnologiyalarının tətbiqi, prokurorluğun kadr korpusunun gənc mütəxəssislər hesabına komplektləşdirilməsi və qarşıda duran vəzifələr barədə qonağa ətraflı məlumat verib.

Korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq əməkdaşlığın zəruriliyini vurğulayan baş prokuror Azərbaycan Prokurorluğunun strukturunda Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin yaradılmasını və son illər ərzində bu sosial bəlaya qarşı mübarizə sahəsində həmin qurum tərəfindən görülən işləri diqqətə çatdırıb, ötən il ərzində bu istiqamətdə iki beynəlxalq səviyyəli tədbirlərin keçirildiyini xüsusi vurğulayıb.

Səmimi qəbul üçün minnətdarlığını bildirən xanım Le Thi Thu Ba ölkələrimiz arasındakı əlaqələrin uğurlu inkişafını təqdir edib, respublikamızın çox qısa zamanda yüksək nailiyyətlər əldə etməsini xüsusi vurğulayıb, məhkəmə sisteminin müasirləşdirilməsi istiqamətində həyata keçirilən tədbirləri yüksək qiymətləndirib.

Görüşdə hüquqi sahədə əməkdaşlıq üzrə faydalı fikir mübadiləsi aparılıb və iki ölkənin müvafiq qurumları arasında qarşılıqlı münasibətlərin bundan sonra da uğurla davam etdiriləcəyinə əminlik ifadə olunub.

Tarix
2015.07.03 / 19:46
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Fuad Oqtay konqresmenlərlə Azərbaycanı müzakirə etdi

Azərbaycan Ordusu Tavuşa atəş açıb? - Ermənistan MN

Litvadan İrəvana: Bakı üçün "Kalininqrad modeli"...

Əliyevin liderlərə məktubu diplomatlara çatdırıldı

Ordumuzun Dığ əməliyyatı: İrəvan cinayət işini bağladı

Azərbaycandan 14,5 min hektar necə qoparılıb? – Qalumyan

Azərbaycan XİN-dən Britaniya səfirinə cavab

İlham Əliyev fərman imzaladı

Paşinyan məsuliyyətə cəlb olunur: Müraciət göndərildi

Overçuk Mustafayevlə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla