Yuxarı

Şahin Mustafayev Volvaçla görüşdü - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Şahin Mustafayev Volvaçla görüşdü - Foto

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev iyulun 23-də Rusiya Federasiyasının iqtisadi inkişaf nazirinin müavini Dmitri Volvaçın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Axar.az xəbər verir ki, görüşdə iki ölkə arasında iqtisadi-ticari, investisiya, nəqliyyat-logistika, tranzit və bir çox digər sahələrdə əməkdaşlığın dərinləşdirilməsi istiqamətində görülən işlərdən məmnunluq ifadə olunub.

İkitərəfli iqtisadi əlaqələrin inkişafında iş adamlarının rolu vurğulanaraq onlar arasında daha sıx əməkdaşlığın təşviq edilməsinin vacibliyi qeyd edilib. Bu gün Rusiyanın Azərbaycanda işgüzar missiyasının fəaliyyətə başlamasının bu baxımdan önəmi vurğulanıb.

Eyni zamanda, Azərbaycanda istehsal edilən kənd təsərrüfatı məhsullarının Rusiyaya ixracının genişləndirilməsi perspektivləri geniş müzakirə edilib.

Tərəflər, həmçinin iki ölkə arasında dəmir yolu ilə malların fasiləsiz qarşılıqlı tədarükü üçün logistik dəhlizin yaradılması məsələsinə dair fikir mübadiləsi aparıblar.

"Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizi iki ölkə arasında ticarət əlaqələrinin inkişafı baxımından prioritet olaraq dəyərləndirilib. Tərəflər nəqliyyat xidmətlərinin və nəzarət prosedurlarının təkmilləşdirilməsinin dəhliz üzrə nəqliyyat vasitələrinin hərəkətinin və yük axınının artırılmasına, eləcə də yüklərin çatdırılma müddətinin azaldılmasına xidmət edəcəyinə əminlik ifadə ediblər.

Görüşdə, həmçinin nəqliyyat, logistika, tikinti, maşınqayırma, İKT, metallurgiya və dağ-mədən sahələrində fəaliyyət göstərən 10-a yaxın Rusiya şirkəti tərəfindən təqdimatlar edilib.

Tarix
2021.07.23 / 20:51
Müəllif
Axar.az
Digər xəbərlər

Almaniya səfirliyi Azərbaycan xalqını təbrik etdi - Video

Aqrar sektor strateji iqtisadi istiqamət kimi dəyərləndirilir

İsrail səfirliyi Azərbaycan xalqını təbrik etdi

Mehriban Əliyeva Qurban bayramı münasibətilə paylaşım etdi

Bayramov BMT TŞ-nin açıq debatında çıxış etdi

Ceyhun Bayramov kubalı həmkarı ilə görüşdü

Bayramov pakistanlı həmkarı ilə görüşdü

“Arvad”dan hürkən deputata ər cavabı

Vuçiçdən Əliyevə: Serbiya buna tam sadiqdir!

Azərbaycanın mövqeyini yüksək qiymətləndiririk

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla