Yuxarı

Qraudinş: Ermənilər mənə deyirdi ki, məhv olacağıq - Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mən Ermənistanda tez-tez olurdum. Orada çoxlu politoloq həmkarım var. 2015-ci ildə sonuncu səfərim zamanı erməni həmkarlarım açıq mətnlə mənə bildiriblər ki, erməniləri gələcəkdə Qarabağla bağlı çox böyük problemlər gözlənilir, Ermənistanın siyasi və hətta hərbi məğlubiyyəti istisna olunmur. Mən onların bu bədbin əhval-ruhiyyəsinin səbəbi ilə maraqlandım. Onlar bunu belə izah etdilər ki, Ermənistanda Qərbin hazırladığı fiqurlar hakimiyyətə can atır. Qərbin Ermənistanın içindən Rusiyaya qarşı nüfuz edə biləcək nəhəng "beşinci kolon" fəaliyyət göstərir.

Axar.az xəbər verir ki, bu fikirləri hərbi ekspert, Latviya Silahlı Qüvvələrinin baş zabiti Einars Qraudinş bölüşüb.

Onun sözlərinə görə, bu, Qərb tərəfdaşlarının fəaliyyət göstərdiyi standart sxemdir.

“Əlbəttə, bu debil siyasət nəticəsində Ermənistan hərbi və siyasi mənada məhv oldu. Bu gün, ola bilsin ki, biz sizinlə hələ sona qədər başa düşmürük, amma bu zərbə Ermənistanın həm xarici, həm də daxili siyasətində onilliklər ərzində öz sözünü deyəcək. Ən başlıcası isə bu vəziyyətdə heç bir “qayıdış” yoxdur. Qarabağ Azərbaycandır! Bu birmənalıdır!” - deyə o bildirib.

Tarix
2021.09.15 / 11:08
Müəllif
Əli Məmmədov
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla