Yuxarı

Heç kim bizə qalib gələ bilməz – Ənvər Paşanın nəticəsi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Axar.az Ənvər Paşanın nəticəsi Burak Ənvərin 27 Sentyabr - Anım Günü ilə bağlı müsahibəsini təqdim edir:

- Burak bəy, öncə oxucularımız üçün özünüz və ailəniz haqqında qısa məlumat verməyinizi istərdik...

- Mən Ənvər Paşanın oğlu Əli Ənvərin nəvəsiyəm. Babam Ənvər Paşanın xanımı Naciyə Sultan Osmanlı hökmdarı Əbdülməcidin nəvəsi və Şahzadə Süleyman Əfəndinin qızıdır. Özüm hərbi tarixçiyəm.

- Ailənizdən Ənvər Paşa və Nuru Paşanın Azərbaycan sevgisi, Nuru Paşanın Azərbaycandakı fəaliyyəti ilə bağlı dinlədiyiniz bir xatirəniz varmı?

- Böyüklərimiz Ənvər Paşa və Nuru Paşanın özlərini türk millətinin birliyi və bərabərliyi üçün fəda etdiklərini, ömürlərini cəbhələrdə keçirdiklərini hər zaman danışırdılar. Onların ikisi də böyük mübariz idilər. Ənvər Paşanın Qafqaz İslam Ordusunu Azərbaycandakı qardaşlarının köməyinə göndərməsi və Nuru Paşanın bu orduya komandanlıq etməsi onların Azərbaycana olan sevgisinin ən böyük örnəyidir. Onların bizə qoyduğu mənəvi mirası daşımaq bizim üçün qürurludur, eyni zamanda çətindir. Hər zaman bu mənəvi məsuliyyətin şüuru ilə hərəkət etməyə çalışırıq.

- Bir il öncə Azərbaycanın işğal altında olan torpaqlarını azad etmək üçün müharibəyə başladığını eşitdiyiniz zaman hansı duyğuları keçirdiniz?

- Min illər boyu türk torpağı olan Qarabağ işğalda qala bilməzdi və bir gün buranın işğaldan azad olunacağına əmin idik. Müharibə başlayanda da işğalın bitəcəyinə inamım tam və qəti idi. Çünki Azərbaycan Ordusu özünə güvənirdi və haqlı idi. Təbii ki, şanlı Azərbaycan Ordusu müharibə boyu öz gücünü xalqının mənəvi dəstəyindən aldı. Xalq-dövlət-ordu birliyi ilə Qarabağ işğaldan azad edildi. Siz Azərbaycanda nə hiss etdinizsə, biz də burada eyni duyğuları yaşadıq. Bu bu gün də, sabah da belə olacaq. Qarabağın işğalı Türkiyə türklərinin qəlbində bir yara idi. Qardaş dar günündə qardaşının yanında olmalıdır. Babam Ənvər Paşa və qardaşı Nuru Paşa Qafqaz İslam Ordusu ilə qardaşlarının köməyinə necə çatdısa, bu gün də eyni hisslərlə Türkiyə və Azərbaycan qardaşlığı daha da güclənir, qüvvətlənir. Bunu görmək bizim üçün qürurvericidir. Hazırda müharibə dövründə daha da güclənən qardaşlıq əlaqələrimizi bütün sahələrə yaymalıyıq. “Bir millət, iki dövlət” düsturu ilə hərəkət etməyə davam etsək, heç kim bizə qalib gələ bilməz.

- Bu yaxınlarda Azərbaycanda oldunuz, Şuşanı ziyarət etdiniz və qazilərimizlə görüşdünüz. Ənvər Paşanın və Nuru Paşanın nəticəsi kimi Şuşada olarkən hansı duyğuları yaşadınız?

- Doğrudur, bu yaxınlarda Azərbaycanda oldum və bir çox şəhəri ziyarət etdim, qazilərimizlə görüşdüm. Şübhəsiz ki, onların hamısı həm mənim, həm də türk millətinin nəzərində böyük qəhrəmandırlar. Qazilərimizlə bir yerdə olmaqdan, onlarla söhbət etməkdən və onları dinləməkdən qürur duydum. Babam Ənvər Paşanın tapşırığı ilə qurulan Qafqaz İslam Ordusunun Nuru Paşanın komandanlığı altında Bakını azad etdiyi və Osmanlı dövlətinin Azərbaycanın yanında olduğu kimi, bu gün də biz sonadək Azərbaycanın yanındayıq. Şuşada qazilərimizlə birlikdə olarkən 100 il əvvəlki qardaşlığımızın bu gün nəsildən nəsilə davam etdiyini görməkdən çox duyğulandım və qürur duydum.

- Azərbaycanın Qarabağ zəfərini türk tarixi baxımından necə qiymətləndirirsiniz?

- Qarabağ Azərbaycan və Türkiyə üçün, eyni zamanda bütün türk dünyası üçün bir vətən torpağıdır. Azərbaycanın ayrılmaz bir parçası olan bu torpaqlar çoxminillik türk tarixinin izlərini özündə daşıyır. Çox şükür ki, Ermənistan tərəfindən haqsız və hüquqsuz şəkildə işğal edilən torpaqlarımız azaddır. İşğal nəticəsində yüz minlərlə insan öz yurdundan didərgin düşüb və böyük ağrı-acı çəkib. Düşmənin mülki və günahsız insanları məruz qoyduğu qətliamların açdığı yaralar hələ qaysaq bağlamayıb. Türk milləti heç vaxt Xocalını və düşmənin başımıza gətirdiyi digər faciələri unutmayacaq. Çox böyük ağrılar və acılar çəkmiş Qarabağ heç vaxt düşmənin əlində əsir qala bilməzdi. Şanlı Azərbaycan Ordusu da öz tarixi missiyasını yerinə yetirərək bu haqsız işğala son qoydu. Yaşadığımız müharibə və qazandığımız zəfər Türkiyə və Azərbaycan qardaşlığının nə qədər önəmli olduğunu bir daha dünyaya göstərdi. Bu möhtəşəm zəfər həm də bütün türk dünyasında qardaşlıq əhval-ruhiyyəsini, özünə inamı gücləndirdi və qürur qaynağı oldu. Mən sözlərimi İkinci Qarabağ müharibəsinin qığılcımı olan Tovuz şəhidimiz, Milli Qəhrəmanımız general-mayor Polad Həşimovun nur üzlü anasının sözləri ilə bitirmək istəyirəm: “Qəhrəman qəhrəmanı yetişdirər. Qartal yuvasından qartal çıxar. Sağ olsun Azərbaycan! Sağ olsun Türkiyə! Türk əyilməz, əyilsə də sınmaz”.

Tarix
2021.09.27 / 16:35
Müəllif
Söhrab İsmayıl
Şərhlər
Digər xəbərlər

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

Nazirdən rus sülhməramlılar ilə bağlı göstəriş

Kəndər qaytarıldı, general rəhbər heyəti topladı - Video

Kəndlər qaytarılandan sonra Paşinyan ilk dəfə danışdı

Ruslar getdi, kəndlər qaytarıldı: Bu, necə oldu?

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi

İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?

İlham Əliyev daha bir tarix yazdı – Türk general

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla