Yuxarı

Japarovun təşəbbüsünü Əliyev dəstəklədi - Səfir

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Axar.az Qırğızıstanın Azərbaycana yeni təyin olunmuş səfiri, hüquq elmləri doktoru Kayrat Osmonaliyevlə müsahibəni təqdim edir:

- Cənab səfir, ölkəmizə xoş gəlmisiniz! Ötən il sentyabrın 27-də uğurlu əks-hücum əməliyyatı nəticəsində Azərbaycan 30 il işğal altında qalan torpaqlarını qaytarmağı bacardı. Bütün dünya ictimaiyyətinin həmin günlər diqqəti bu regiona yönəlmişdi. O günləri xatırlayaraq nə deyə bilərsiniz?

- Tarixçilər artıq otuz ilə yaxın davam edən Qarabağ münaqişəsini birinci və ikinci müharibələrə bölürlər. 1994-cü ilin mayında atəşkəs haqqında Bişkek protokolu imzalanmışdı. O zaman Qırğızıstan postsovet məkanında qanlı münaqişənin həlli şərtlərini müzakirə etmək üçün öz meydançasını təklif etmişdi. O gündən bəri münaqişə "dondurulmuş" vəziyyətdə qalmışdı. Bu da şübhəsiz ki, yalnız Ermənistan tərəfini qane edirdi. BMT Təhlükəsizlik Şurası Azərbaycan torpaqlarının erməni işğalı altında olması faktını qeydə almış və onların dərhal azad edilməsini tələb edən 4 qətnamə qəbul edilmişdi. Əfsuslar olsun ki, bu qətnamələrə İrəvan məhəl qoymadı.

Bakı mümkün olan bütün beynəlxalq və regional meydanlarda diplomatik vasitələrlə Qarabağ münaqişəsini həll etməyə çalışıb. Təəssüf ki, Azərbaycan torpaqları işğal altında qalmağa davam edirdi.

Amma vəziyyət get-gedə dəyişdi, Azərbaycan xalqı yumruq kimi birləşdi, ordu modernləşdi, döyüş ruhu gücləndi. Zənnimcə, Türkiyə amili münaqişənin həllində vacib oldu. Son bir neçə ildə Türkiyə Ərdoğanın rəhbərliyi altında ciddi hərbi potensiala malik güclü regional dövlətə çevrilib. Türkiyə Azərbaycana güclü mənəvi dəstək göstərdi. Millətin birliyi, Prezident İlham Əliyevin müdrik siyasəti, Türkiyənin real qardaşlıq dəstəyi və Azərbaycanın artan hərbi gücü Vətən müharibəsində tarixi ədalətin bərpası istiqamətində uğura gətirib çıxardı. Azərbaycanlıların səbri növbəti miqyaslı təxribatdan sonra daşdı. Ermənilər günahsız dinc sakinləri qətlə yetirdilər. Bu, son nöqtə idi. Sonradan nə baş verəcəyini artıq proqnozlaşdıra bilərdik…

- Ermənistan 30 il ərzində Qarabağı dağıtdı, barbarlıq etdi. Aydın idi ki, bu torpaqlar ermənilər üçün doğma olmayıb və onların əsas məqsədi Qarabağı vəhşicəsinə talamaq olub. Uzun illər ermənilərin işğalı altında olan Azərbaycan torpaqlarının vəziyyəti barədə nə deyə bilərsiniz?

- Ermənilərin işğal edilmiş ərazilərin təbiətinə barbar münasibətinin çoxsaylı sübutları var, bütöv meşələr qırılıb, onlarla məscid və Azərbaycanın mədəniyyət obyektləri qəsdən dağıdılıb ki, bu da beynəlxalq hüquq normalarına ziddir. Hazırda bu barbarlıq aktları dünya birliyi tərəfindən müzakirə edilir. İşğaldan azad edilmiş rayonlarda infrastruktur - binalar, kommunikasiyalar, yollar tamamilə dağıdılıb... Bir hüquqşünas kimi hesab edirəm ki, Azərbaycan dəymiş zərərin əvəzinin ödənilməsini, sübutların kifayət qədər olmasına söykənərək, tələb etmək hüququna malikdir.

- 44 günlük müharibənin başlamasından bir il ötür. Bu bir il ərzində nələr dəyişdi və gələcəkdə nə gözləmək olar?

- Azərbaycan rəhbərliyi işğaldan azad edilmiş ərazilərin dağıdılmış infrastrukturunun bərpası üzrə plan hazırlayıb, bunun üçün büdcədən əhəmiyyətli resurslar ayırıb. Bildiyimə görə, artıq onkilometrlərlə yol çəkilib, bəzi ərazilər minadan təmizlənib və proses davam edir. Etibarlı tərəfdaş olan Azərbaycanın sanballı nüfuzunu nəzərə alaraq, düşünürəm ki, məcburi köçkünlərin azad edilmiş rayonlara qayıtmasına rahat şərait yaratmaq üçün investisiya və kreditlər cəlb etmək elə də çətin olmayacaq.

Mərkəzi Asiya regionunun bir sıra digər ölkələri kimi, Qırğızıstan da dağılmış infrastrukturun bərpasında, məsələn, yaxın perspektivdə Azərbaycan-Qırğızıstan İnkişaf Fondu çərçivəsində iştirak etməkdə maraqlıdır.

Düşünürəm ki, yaxın bir neçə il ərzində Azərbaycanın azad edilmiş torpaqları müasir və inkişaf etmiş rayonlara, kəndlərə və şəhərlərə çevriləcək. Bu gün Azərbaycan adlı lokomotiv davamlı inkişaf relslərində inamla irəliləyir.

Desəm səhv etmərəm ki, son illər Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının rolunun güclənməsi də Azərbaycanın Qarabağ problemi ilə bağlı əldə etdiyi nəticəyə müsbət təsir göstərə bilib. Türk dünyası qardaş Azərbaycan xalqı ilə həmrəylik göstərmiş, onun müvafiq sənədlərdə əksini tapmış haqlı tələblərini dəfələrlə dəstəkləmişdir. İldən-ilə türk dünyası ölkələrinin əlaqələri siyasi-diplomatik, iqtisadi və mədəni-humanitar sahələrdə artır. Bu da Mərkəzi Asiyada və Cənubi Qafqazda sülhün, asayişin, təhlükəsizliyin və sabitliyin təmin olunmasına müsbət təsir göstərir.

Qırğızıstan regionlararası "Mərkəzi Asiya - Cənubi Qafqaz" platformasının yaradılmasını təklif edir. Bu platformanın özəyini türk dünyası ölkələri təşkil edəcək. Bundan regionlardakı qonşularımız - Çin, Türkiyə, İran da faydalanacaq.

Qırğızıstan Prezidenti Sadır Japarovun bu təşəbbüsü Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən artıq müsbət qarşılanıb. Güman edirəm ki, vaxt keçdikcə Ermənistan da regionlararası kooperasiyanın faydalı olduğunu anlayacaq və regionumuzda təhlükəsizliyin, sabitliyin və inkişafın daha da möhkəmləndirilməsinə xidmət edəcək.

Tarix
2021.09.28 / 13:21
Müəllif
Əli Məmmədov
Şərhlər
Digər xəbərlər

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla