Yuxarı

MQ-nin gəlişi öncəsi Qarabağda postların partladılması...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

BMT Baş Assambleyası çərçivəsində 25 sentyabrda Minsk Qrupu həmsədrlərinin də iştirakı ilə Ceyhun Bayramov və Ararat Mirzoyan arasında görüşün keçirilməsindən, bu yaxınlarda həmsədrlərin ortaq açıqlamasından və ABŞ Dövlət Departamentinin rəsmiləri ilə görüşündən də Minsk Qrupunun yavaş-yavaş müzakirə prosesinə qayıtdığı görünür.

Bunu Axar.az-a açıqlamasında QAFSAM-ın sədr müavini Nazim Cəfərsoy deyib. Onun sözlərinə görə, Azərbaycan Minsk Qrupunun fəaliyyətini uzun müddət idi ki, bloklamışdı:

“Məqsəd regiondakı durumu müəyyən bir balansa gətirmək və MQ-yə yeni gündəlikləri qəbul etdirmək idi. Burada Ermənistan və Azərbaycan arasında bir mübarizə var. Ermənistan “status”dan bəhs edir, Azərbaycan isə təbii olaraq artıq “status”un müzakirəsinin geridə qaldığını, separatçıların təmizlənməsi məsələsini vurğulayır. Uzun müddətdir ki, MQ-nin həmsədri olan Fransa və Amerika prosesə qayıtmaq üçün çox ciddi cəhdlər edirlər. Baydenin uydurma soyqırımla bağlı bəyanatı, ABŞ-ın İrəvandakı səfirinin son dövrlərdə erməni tezisləri üzərindən fəaliyyəti də bu dövlətin prosesə geri dönmək istəyinin göstəricilərindəndir. Burada hər dövlətin öz maraq dairəsi var. Erməni tərəfi “status” və s. məsələləri müzakirə etmək üçün masaya dönməyə çalışır, Azərbaycan Rusiyanı bölgədə balanslaşdırmaq istəyir”.

Nazim Cəfərsoy bildirib ki, hazırda Azərbaycanın Minsk Qrupu ilə yenidən əməkdaşlıq məsələsində irəliləyiş var:

“Bunun da ilk işarəsi Nyu Yorkda həmsədrlərin vasitəçiliyi ilə xarici işlər nazirlərinin görüşü oldu. Həmsədrlərin toplantısından sonra orada maraqlı bir açıqlama verildi. Açıqlamanın son cümlələrindən biri “Tərəflərin Dağlıq Qarabağ münaqişəsindən qalan problemlərin həllinə çağırılması” şəklində idi. İlham Əliyevin Anadolu Agentliyinə verdiyi son müsahibədə səsləndirdiyi fikirlər onun ATƏT-in Minsk Qrupunun müzakirələrdə iştirakına qarşı çıxmadığını göstərdi, lakin ölkə rəhbəri gündəliyə daxil olacaq məsələləri özü səsləndirdi. Buna dövlətlər arasında qarşılıqlı etimadın güclənməsi ilə bağlı fəaliyyətlər, tərəflər arasında münasibətlərin normallaşması və s. aiddir. Həmsədrlər bir neçə gün bundan öncə Blinkenin köməkçisi ilə də görüşüblər. Fikrimcə, burdan belə bir nəticə ortaya çıxır ki, həmsədrlər Azərbaycanın irəli sürdüyü məsələlərlə bağlı aktivlik göstərəcəklər. Əgər dövlətimizin tələbləri qəbul edilməsə, Azərbaycan o masaya oturmayacaq”.

Həmsədrlərin Qarabağa təşkil ediləcək səfərinə də toxunan alim bunun ancaq Azərbaycanın şərtlərinin qəbul edilməsi ilə mümkün olacağını vurğulayıb:

“Lavrov açıqlamasında Minsk Qrupunun Qarabağa da səfər edəcəyini bildirib. Minsk Qrupunun Xankəndiyə gedəcəyi tarix dəqiq açıqlanmasa da, böyük ehtimal bu səfər yaxın zamanda təşkil ediləcək. Həmsədrlərin Xankəndiyə səfər edəcəyi xəbərinin açıqlanmasının zamanı da çox diqqət cəlb edir. Teleqramın erməni seqmentində və Rusiyanın RBK televiziya kanalı vasitəsilə bir xəritə yayımlanıb, sonra isə erməni terrorçularının orda qurduqları postların rus sülhməramlıları tərəfindən partladılıb dağıdıldığı və bütün bunların Azərbaycana təhvil verilməsi prosesinə hazırlıq olduğu haqqında məlumatlar verilib. Düşünürəm ki, Ceyhun Bayramovla Mirzoyan arasındakı görüşdən, Lavrovun açıqlamalarından belə bir nəticəyə gəlmək olar ki, Xocavənd, Xocalı və Xankəndi başqa olmaqla, bütövlükdə Qarabağda suverenliyimizin tam şəkildə təmini üçün yeni addımlar atılacaq. Bundan dərhal sonra isə Minsk Qrupu aktiv fəaliyyətə keçəcək. İlham Əliyev Anadolu Agentliyinə müsahibəsində Paşinyanla görüşün keçirilə biləcəyini istisna etməyib. Müsahibə zamanı ölkə rəhbəri bu istiqamətdə verilən suala “yox” cavabı vermədi. Onsuz da tərəflər arasında sülh müqaviləsinin imzalanması üçün ölkə rəhbərlərinin görüşməsi və müzakirə aparması mütləqdir. Yadınızdadırsa, erməni mətbuatında da sülh müqaviləsinə hazırlıqla bağlı informasiyalar yayılırdı. Burada Azərbaycanın əsas tələblərindən biri Laçın dəhlizində təhlükəsizliyin təmin edilməsi, oradan qanunsuz yüklərin daşınmasının qarşısının alınması, eyni zamanda erməni separatçılarının Qarabağdan tamamilə çıxarılmasıdır. Gedən proseslərə bütöv şəkildə baxdığımız zaman münasibətlərin normallaşdırılması istiqamətində rəsmi və ya qeyri-rəsmi müxtəlif səviyyələrdə addımların atıldığını görürük. Həm İlham Əliyevin, həm də Paşinyanın BMT-dəki son çıxışlarında da bu xətt özünü büruzə verdi. Minsk Qrupu Qarabağda keçiriləcək görüşlərinə gəldikdə isə düşünürəm ki, bununla bağlı Azərbaycanın öz şərtləri olacaq. Birincisi, həmsədrlər Xankəndiyə dövlətimizin rəsmilərinin müşayiəti ilə Azərbaycan ərazisindən getməlidir. Rus sülhməramlıları bu prosesin təhlükəsizlik hissəsində yer alacaqlar. İkinci məsələ Azərbaycan vətəndaşlarının Xocalı və Xankəndiyə qayıtması məsələsi ola bilər və s. Ümumiyyətlə, tərəflərin ritorikasından, eyni zamanda Minsk Qrupu ətrafında baş verən proseslərdən müzakirələrdə Azərbaycanın gündəliyində olan məsələlərin daha çox diqqətə alınmağa başladığını görürük”.

Nazim Cəfərsoy Lavrovun erməni terminologiyasından istifadə etməsinin təəssüfverici hal olduğunu da qeyd edib:

“Diqqəti cəlb edən digər önəmli məsələ isə Lavrovun açıqlama zamanı erməni terminologiyasından istifadə edərək “Dağlıq Qarabağ” ifadəsini işlətməsi və Xankəndiyə “Stepanakert” deməsidir. Əlbəttə, bu məsələlərlə bağlı narahatlıqlar və iradlar da müxtəlif səviyyələrdə Rusiya tərəfinə çatdırılmalıdır”.

Tarix
2021.09.30 / 08:30
Müəllif
Söhrab İsmayıl
Şərhlər
Digər xəbərlər

Azərbaycandan qaz almağa hazırıq - Simonyan

Ordumuz Qazaxın kəndlərinə nə vaxt girəcək? - Ekspert

Ermənistan sərhədimizə qoşun yığırsa... - Əliyev

Prezidentlər Ağdamda Cümə məscidinin açılışında...

İran-İsrail toqquşması... – Əliyevin mühüm şərhi

Bayraq yandırmaq gücsüzlükdür, terror əməlidir - Mehrabyan

Kennedidən Azərbaycana qarşı iyrənc böhtan - Video

Ermənilər indi də bizə aid körpünü bağladı

Əliyev sabah səfərə gedir: Makron ofsaytda qaldı

Naxçıvanla quru yolu bu mexanizmlə təmin edilməlidir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla