Yuxarı

Bu “dəhliz” Tehran və İrəvanın Bakıya təzyiq cəhdidir - Karasik

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu “dəhliz” Tehran və İrəvanın Bakıya təzyiq cəhdidir - Karasik

09:00

Gorus-Qafan yolu Qafqazdakı mübahisəli məsələlərdən biri olaraq qalır. Yol var, amma çox bərbad vəziyyətdədir və İran və Gürcüstan ərazisindən Ermənistana uzanır.

Bu sözləri Axar.az-a açıqlamasında amerikalı mütəxəssis, ABŞ-ın Qulf Dövlət Analitik Mərkəzinin baş məsləhətçisi doktor Teodor Karasik İranın Zəngəzura alternativ “Qafqaz dəhlizi”nin çəkilməsi ilə bağlı mövqeyinə münasibət bildirərkən deyib.

Ekspertin sözlərinə görə, xüsusilə İran daşımalarına gəldikdə, son aylarda bu yolun açılışı və bağlanması ilə əlaqədar çox aşağı intensivlikdə toqquşmalar olub:

“Azərbaycanla İran arasında hesablamalar, görüşlər və söz müharibəsi dəyişdikcə Tehran da bəzi geostrateji addımlar atmaq üçün fürsət axtarır. Keçən həftə bu, hərbi təlimlər idi, bu həftə isə əsaslı yenidənqurma ilə sözügedən tranzit yolunun açılmasıdır. Bu addımın məqsədi, tarixən etdikləri kimi, Ermənistan və İranın oyun oynayaraq Bakıya təzyiq göstərmək cəhdidir”.

Politoloq bildirib ki, bu yolun son dayanacağı Gürcüstanın potensial Batumi və ya Poti limanları vasitəsi ilə müəyyən edilə bilər:

“Amma Qara dənizin təhlükəsizliyi kimi məsələlər də daxil olmaqla, bir çox başqa faktorlar var. Yəni nəzəriyyərə əsasən, bu mümkündür, amma hər şey göründüyü kimi asan deyil, ortada başqa problemlər də var. Rəsmi Ankaranın Tehranın fəaliyyətinə xüsusi münasibəti səbəbindən Türkiyənin müzakirəyə cəlb edilməsi lazımdır və bu, mübahisə mənbəyi ola bilər. Yəni bu “ideya”, sadəcə, necə deyərlər, Qafqazda “adi günlərdən biridir!”

Tarix
2021.10.12 / 10:53
Müəllif
Rəfiqə Əlisəfa
Digər xəbərlər

Ermənistanda TRİPP layihəsinin icrası müzakirə olundu

Azərbaycan və Estoniya siyasi məsləhətləşmələr keçirdi

Heç bir dövlət bu prosesdən kənar qala bilməz - Əli Nağıyev

Prezident və xanımı Şamaxıda açılışda... - Foto

Ərdoğanın müşaviri açıqladı: Öcalana vəzifə verildi

Biz birgə səylərlə çalışmalıyıq ki, TDT... - İlham Əliyev

Azərbaycanla Türkiyənin birgə fəaliyyəti... - Prezident

BMT sistemi normal fəaliyyət göstərsəydi... - Prezident

“Qərbi Azərbaycan” ritorikası ciddi təhdiddir - Paşinyan

Prezident onları qəbul etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla